Vakansiya haqqında
TAİS İKF MMC komandamıza məsuliyyətli və
təcrübəli“Santexnik”axtarırıq.
Vəzifə
öhdəlikləri:
Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quraşdırılması, təmiri və
texniki xidmətini həyata keçirmək
Su borularında, kranlarda, ventillərdə
və digər santexnik avadanlıqlarda yaranan nasazlıqları aşkar etmək və aradan qaldırmaq
Boru xətlərində su sızmalarını, tutulmaları və təzyiq problemlərini müəyyən etmək və aradan
qaldırmaq
Santexnik avadanlıqların profilaktik baxışını və planlı texniki
xidmətini yerinə yetirmək
Təmir və quraşdırma işləri zamanı müvafiq
texniki norma və təhlükəsizlik qaydalarına riayət etmək.
İş zamanı
istifadə olunan alət və avadanlıqları saz və işlək vəziyyətdə saxlamaq
İstifadə olunan ehtiyat hissələrinin və materialların sərfiyyatına nəzarət
etmək
Aşkar edilmiş ciddi nasazlıqlar və qəza halları barədə birbaşa
rəhbərliyə məlumat vermək
Görülmüş işlər və təmir nəticələri barədə
hesabat vermək
Namizədə
tələblər:
Müvafiq sahə üzrə peşə təhsili və ya orta ixtisas təhsili
arzuolunandır
Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
Su təchizatı, kanalizasiya və istilik sistemlərinin quruluşunu və iş prinsipini
bilmək
Santexnik alətləri və avadanlıqlarından düzgün istifadə etməyi
bacarmaq
Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını
bilmək və onlara riayət etmək
Məsuliyyətli, intizamlı, diqqətli və
operativ olmaq
İş şəraiti
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günü)
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Ünvan:
Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu
hissəsində“Santexnik”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
