Vakansiya haqqında
Tələblər:
Müvafiq sahədə ali təhsil
diplomu
Minimum 3 il
mühasib təcrübəsi olmalı (Consulting firmalarda olması arzuolunandır);
Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını
və normativ hüquqi sənədləri bilməli;
Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi
bilməli;
İlkin
sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı
bilməli;
1C 8.3 mühasibat
proqramında mükəmməl, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yaxşı
səviyyədə işləmə bacarığı olmalı;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Fikrini aydın izah etmək, ünsiyyət yaratmaq və yaranmış
problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
Vəzifələr:
Sənədlərin (e-qaimə, bank əməliyyatlarının,
əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi;
Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək;
Vergi və mühasibat uçotunu
aparmaq;
Kassa, Bank
əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını
tərtib etmək;
Debitor və
kreditor hesablaşmaları aparmaq;
Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət
pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını
ödənmək;
Əsas vəsaitlərin
alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
Gündəlik və aylıq hesabatları tərtib
etmək;
Aylıq, rüblük və
illik Vergi, DSMF və Statistika, Mənfəət vergisi hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim
etmək.
Ödənişləri nəzarətdə
saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
Məxfilik prinsiplərini
pozmamaq.
Rəhbərliyin işlə
bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla yerinə yetirmək;;
Bizim təklif
etdiklərimiz:
Mehriban, dinamik və daim köməyə hazır
komanda;
5 günlük iş
rejimi;
Korporativ nömrə və
danışıq balansı;
Şəxsi və
peşəkar inkişaf;
Ofisin
mərkəzdə yerləşməsi;
Əmək
haqqı: 1200 AZN (artan).
Uyğun namizədlər CV-lərini “Mühasib” başlığı
iləMüraciət
etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
