Vakansiya haqqında
Vəzifənin əsas öhdəlikləri hansılardır?
Gündəlik olaraq portfeldə olan müştəriləri yoxlayır, təşkilatın maraqlarını və
prioritetlərini nəzərə alaraq onların borclarının ödənilməsi üçün iş planı hazırlayır.
Müştərilərin borc gecikmələrinin səbəblərini araşdırır və xüsusi maliyyə proqramında müvafiq
qeydləri aparır. Kredit borclarının ödənilməsi istiqamətində məhkəməyə qədər və məhkəmədən sonrakı mərhələlərdə
işləri davam etdirir. Problemlər aşkarlandıqda Xətti Menecerə məlumat verir.
Borclu müştərilərin və zaminlərin yaşayış, iş yerlərinə və əmlaklarına səfərlər edir, onlarla
birbaşa görüşərək borc öhdəliklərini izah edir. Bu işi həm məhkəmə öncəsi, həm də məhkəmə sonrası dövrdə davam
etdirir.
Müştərilərin ödəmə qabiliyyətinə uyğun olaraq kreditin
restrukturizasiyası üçün təkliflər hazırlayır və bu prosesdə sənədləşmənin həyata keçirilməsi üçün aidiyyatı üzrə
məlumat verir.
Həftəlik və aylıq təşkil edilən komitələrdə iştirak edir,
borcların yığılması ilə bağlı müzakirələrdə aktiv rol oynayır, təkliflər verir və razılaşdırılmış tədbirləri yerinə
yetirir.
Əgər borcun geri ödənilməsi mümkün olmazsa, məsələni Xətti
Rəhbər və ya Ərazi Meneceri ilə müzakirə edir.
Həftəlik, aylıq və digər
hesabatları vaxtında hazırlayır və rəhbərliyə təqdim edir.
Borcların
yığılması, müştərilərin vəziyyəti və məhkəmə icraatı barədə Ərazi Menecerə və Xətti Rəhbərə müntəzəm məlumat
verir.
Namizəddən gözləntilərimiz:
Bakalavr təhsili (hüquq təhsili arzuolunandır).
Borcların yığılması sahəsində ən azı 1 il iş təcrübəsi.
Kreditləşmə və maliyyə sahəsində təcrübəsi olanlara üstünlük verilir.
Məsuliyyətli, düzgün, dəqiq və etibarlı olmaq.
İşləyəcəyi filial/filiallar üzrə yaxın və ətraf şəhər/rayonlarda yaşayan müştərilərin
ünvanlarına səfər etmək imkanı.
Zərurət yarandıqda məhkəmə və icra
orqanlarında təşkilatı təmsil etmək bacarığı.
Effektiv ünsiyyət
bacarığı.
Texniki tələblər:
Şəxsi avtomobilin və sürücülük vəsiqəsi-mütləqdir
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Yanacaq
və Amortizasiya xərcləri
Bonus sistemi;
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
