Vakansiya haqqında
“Azəralüminium” MMC-nin Gəncə İstehsalat Kompleksi avtoyükləyici sürücüsü vəzifəsi üzrə
işə qəbul elan edir.
Namizədə dair tələblər:
Müvafiq peşə üzrə bilik və bacarıqlara malik olmaq;
Avtoyükləyicini idarə etmək üçün tələb olunan müvafiq sənədlərə malik
olmaq;
Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət
etmək;
Tapşırıqları məsuliyyətlə və intizamlı şəkildə yerinə
yetirmək;
Komandada işləmək bacarığına malik olmaq.
Əsas vəzifə öhdəlikləri:
Avtoyükləyicini təyinatına uyğun və təhlükəsiz idarə etmək;
Yükləmə, boşaltma və materialların daşınması işlərini yerinə yetirmək;
İşə başlamazdan əvvəl avtoyükləyicinin texniki vəziyyətini yoxlamaq;
Aşkar edilmiş nasazlıqlar barədə birbaşa rəhbərə məlumat vermək;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə əməl etmək.
“Azəralüminium”u öz sahəsində fərqləndirən əsas dəyərlər:
Texnoloji yenilik– çağdaş dövrün texnoloji yeniliklərinin tətbiq
olunduğu avtomatlaşdırılmış və dünya standartlarına cavab verən müəssisədir;
Dayanıqlılıq və sabitlik – “Azəralüminium” ölkənin aparıcı alüminium istehsalçısı olmaqla
uzunillik təcrübəyə malik sabit müəssisədir;
Rəqabətli sosial paket,
qidalanma və nəqliyyat – sosial paket analoji bazarda ən yaxşılardandır, qidalanma və nəqliyyat müəssisə hesabına
təmin edilir;
Sağlam mühit – Müəssisədə münasibətlər peşəkarlıq və etibar
üzərində qurulub.
“Azəralüminium”da daim öyrənmək və inkişaf var. Özünü sınamaq və böyümək üçün əla
fürsətdir. Əgər siz məqsədli, öyrənməyə açıq və biliklərini tətbiq etməyə açıq birisinizsə, o zaman sizi
gözləyirik!
Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn namizədlər müsabiqəyə dəvət
olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə “Avtoyükləyici
sürücüsü” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
