Vakansiya haqqında
Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Keyfiyyətə Nəzarət üzrə
mühəndis” axtarışındadır.
Tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali
təhsil.
Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş
təcrübəsi.
Metal konstruksiyaların montajı, qaynaq, boltlu birləşmələr
və ümumi tikinti işləri üzrə [təcrübə/bilik].
Layihə çertyojlarını,
Shop Drawing və KMD sənədlərini oxumaq bacarığı.
ITP, WIR, MIR, NCR, MS
və qəbul aktları ilə işləmək təcrübəsi.
NDT üsulları və layihəyə tətbiq
olunan EN/AWS standartları haqqında biliklər.
AutoCAD, MS Excel və Word
proqramları ilə işləmək bacarığı.
Sifarişçi ilə inspeksiyaların aparılması, dəqiqlik və obyektiv qərarvermə bacarığı.
Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
İş
öhdəlikləri:
Tikinti sahəsində işlərin təsdiq edilmiş layihə, texniki spesifikasiya və qəbul
meyarlarına uyğunluğunun yoxlanılması.
Metal konstruksiyaların montajı,
anker, bolt və sahə qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət.
Həndəsi
ölçülərin, şaquliliyin, üfüqiliyin və montaj toleranslarının yoxlanılması.
Materialların qəbul yoxlamalarının aparılması və MIR sənədlərinin
hazırlanması.
ITP, WIR, yoxlama siyahıları və inspeksiya hesabatlarının
hazırlanması və idarə olunması.
Qaynaq və digər tələb olunan sınaqların,
o cümlədən NDT yoxlamalarının koordinasiyası.
Beton, armatur, qəlib və
digər tikinti işlərinin keyfiyyət yoxlamalarının təşkili.
Gizli işlərin
yoxlanılması və müvafiq qəbul aktlarının hazırlanmasında iştirak.
Uyğunsuzluqların (NCR) qeydə alınması, düzəldici tədbirlərin və təkrar yoxlamaların
izlənilməsi.
Sifarişçi inspeksiyalarının koordinasiyası, Punch List və
yekun keyfiyyət sənədlərinin tamamlanması.
İş şəraiti
İş qrafiki: 6 günlük iş
rejimi
08:00-16:00 iş
saatları
Şənbə günü
08:00-14:00
13:00-14:00
nahar fasiləsi
İş yeri:
Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini
başlığa “Keyfiyyətə Nəzarət üzrə mühəndis” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə
saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
