Vakansiya haqqında
Azərbaycanda pizzaya olan baxışı dəyişən, keyfiyyət və yenilikçilik prinsiplərini ön
planda tutan "Pizza Mizza" MMC öz komandasına Zal üzrə Briqada üzvü axtarır! Əgər
qonaqpərvərsinizsə, insanlarla ünsiyyəti sevirsinizsə və gənc, dinamik komandada karyera qurmaq istəyirsinizsə, bizə
qoşulun.
Vəzifə öhdəlikləri
Zal stansiyası və xidmət:
Qonaqları səmimi qarşılamaq, menyunu təqdim etmək və sifarişləri dəqiq qəbul
etmək
Sifarişlərin vaxtında və təqdimat standartlarına uyğun
çatdırılmasını təmin etmək
Masaların, oturacaqların, zalın ümumi
təmizliyinə və masaüstü aksessuarların (duz, istiot, salfet və s.) doluluğuna nəzarət etmək
Masaların dərhal təmizlənməsini (boş qabların və tullantıların yığılmasını) təmin
etmək
Növbə başlayarkən və bitərkən zal stansiyasını işə hazırlamaq və
təhvil vermək
Müştəri məmnuniyyəti:
Qonaqlara diqqətli və təbəssümlə xidmət göstərərək müsbət atmosfer
yaratmaq
Qida allergiyası və ya xüsusi pəhriz tələbi olan müştərilərə
menyu seçimində düzgün məsləhətlər vermək
Müştəri şikayətlərini təmkinlə
dinləmək və həlli üçün dərhal Növbə Menecerinə məlumat vermək
Qonaqların
rəy və təkliflərini qeydə alaraq rəhbərliyə çatdırmaq
Satış və əməliyyatlar:
Yeni məhsulları, promo-aksiyaları və xüsusi təklifləri qonaqlara fəal təqdim
etmək
Əlavə satış texnikalarından (Upselling / Cross-selling)
istifadə edərək orta çeki artırmaq
Sifarişləri Kassa / POS sisteminə
dərhal və səhvsiz daxil etmək
Hesabı vaxtında təqdim etmək və ödənişləri
(nağd / nağdsız) tam və dəqiq həyata keçirmək
Məsuliyyət, gigiyena və təhlükəsizlik:
Restoranın avadanlıqlarına, qab-qacağa və əsas vəsaitlərinə ehtiyatla
yanaşmaq
Şəxsi gigiyena, uniforma və Qida Təhlükəsizliyi standartlarına
şərtsiz əməl etmək
Xammal və resursların qənaətcil istifadəsinə töhfə
vermək
Tələblər
Təhsil: Orta və ya ali
Yaş həddi: 18 – 35
Gülərüz,
səliqəli, məsuliyyətli və operativ işləmə bacarığı
Komandada işləmək
həvəsi və çevik öyrənmə qabiliyyəti
Karyera yüksəlişinə maraq və inkişaf
istəyi
İş şəraiti və üstünlüklər
Rəsmiləşdirmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə
uyğun
İş qrafiki: 6 günlük
(növbəli)
Əməkhaqqı: 500 AZN (net) + əlavə iş saatlarına
görə ödəniş
Qidalanma: Şirkət tərəfindən nahar təmin
edilir
Karyera imkanları: Pulsuz təlimlər, gənc və
dinamik kollektivdə sürətli karyera artımı
Maraqlanan şəxslər 077-438-14-15 əlaqə nömrəsinə yazmaqla əlaqə saxlaya bilər və
yaMüraciət etdüyməsində qeyd
olunan linkə daxil olaraq vəzifəni göstərərək vakansiya
müraciət edə bilər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
