Vakansiya haqqında
İş şəraiti
İşəgötürən: Eden Agro
MMC
Struktur: İR və İnzibati işlər
departamenti
Birbaşa rəhbər: İR və İnzibati işlər
departamentinin rəhbəri
İş yeri: Füzuli, Beyləqan,
Ağcabədi
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci
günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Eden Agro MMC,Azərşəkər MMC-nin
törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və
istehsal proseslərini həyata keçirir.
Azərşəkər MMC ölkənin aparıcı
aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət
göstərir.
Vəzifə
öhdəlikləri:
Ağcabədi, Füzuli, İmişli və Beyləqan üzrə HR əməliyyatlarının (işə qəbul, işdən
çıxma, məzuniyyət, ezamiyyət, davamiyyət) tam dövriyyəsinin idarəedilməsi
Əmək müqavilələrinin, əlavə razılaşmaların və xitam sənədlərinin vaxtında və düzgün
tərtibi.
ƏMAS sisteminə məlumatların daxil edilməsi və
yoxlanılması.İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və HR Audit üçün hazır
saxlanılması.
Şəxsi məlumatların konfidensiallığının qorunması və məlumat
təhlükəsizliyi qaydalarına riayət.
Müsahibələrin təşkili, nəticələrin
sənədləşdirilməsi və seçilmiş namizədlərlə rəsmi kommunikasiyanın aparılması
Davamiyyət tabellərinin hazırlanması, yoxlanılması və aylıq hesabatların təqdim
olunması.
Məzuniyyət planının illik əsasda formalaşdırılması və faktiki
icrasına nəzarət.
1C proqramında əməkdaşların iş qrafiklərinin, SR və PR
sorğularının yaradılması və alış prosesinin sonadək izlənməsi.
HR
sənədlərinin korporativ standartlara uyğun arxivləşdirilməsi və elektron sistemdə saxlanılması.
Vəzifə
tələbləri:
Ali təhsil (idarəetmə, biznes, hüquq və ya əlaqəli sahə
üstünlükdür)
İR sahəsində ən azı 3 il iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Elektron Hökümət Portalları ilə ( ƏMAS; İSB; ) işləmə bacarığı
Sənədlərlə işləmə və arxivləşdirmə bacarığı
Sıx
deadline-lar şəraitində tapşırıqları vaxtında və keyfiyyətli icra etmə bacarığı;
Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və
proaktivlik;
Azərbaycan dili səlis, İngilis dili
arzuolunandır;
1C / ERP, MS Office proqramlarını sərbəst istifadəçi
səviyyəsində bilməsi.
Biz təklif
edirik:
Rəqabətli əməkhaqqı və performansa əsaslanan bonus sistemi
Peşəkar və liderlik inkişaf proqramları
Beynəlxalq
və yerli təlimlərdə iştirak imkanı
Karyera yüksəlişi və qrup daxilində
rotasiya imkanları
Böyük miqyaslı aqrar-sənaye layihələrində iştirak
imkanı
Dinamik və strateji idarəetmə mühitində çalışma
fürsəti
Qrupdaxili xüsusi güzəştlərdən istifadə imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “İnsan Resursları üzrə mütəxəssis (Füzuli-Beyləqan-Ağcabədi
üzrə)” qeyd edərəkMüraciət
etdüyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
