Vakansiya haqqında
Əgər aqrar bazarın inkişafı, yarmarka və
tədbirlərin təşkili prosesində iştirak etmək, layihələrin həyata keçirilməsinə töhfə vermək, peşəkar komandanın bir
parçası olmaq və karyera inkişafınıza yeni istiqamət vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət
edirik.
Vəzifə
öhdəlikləri
Aqrar yarmarka, festival, sərgi və digər tədbirlərin hazırlanması və keçirilməsi
prosesində iştirak etmək, tədbir planlarının hazırlanması, aidiyyəti struktur bölmələrlə koordinasiyanın həyata
keçirilməsi və tədbirlərin icrasına nəzarət etmək;
Yarmarkalarda iştirak
edəcək fermer, istehsalçı, sahibkar və digər iştirakçıların müəyyənləşdirilməsi və cəlb olunması prosesində iştirak
etmək, iştirakçılarla əlaqələrin qurulmasını və məlumatlandırılmasını təmin etmək;
Tədbirlərin təşkilati və logistika məsələlərinin həllində iştirak etmək, məkan, stend,
avadanlıq, nəqliyyat, yerləşdirmə, qidalanma və digər təşkilati məsələlər üzrə aidiyyəti şəxslərlə koordinasiya
aparmaq;
Aqrar bazarın inkişafına yönəlmiş layihə və təşəbbüslərin
hazırlanması və icrasında iştirak etmək, region məhsullarının, fermerlərin və yerli istehsalçıların tanıdılması və
satış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər hazırlamaq;
Keçirilmiş yarmarka və tədbirlər üzrə məlumatların toplanması, nəticələrin təhlili,
hesabatların və təqdimatların hazırlanmasını həyata keçirmək, müəyyən edilmiş problemlərin aradan qaldırılması ilə
bağlı təkliflər vermək.
Namizədə
tələblər:
Ali təhsil;
Layihələrin, tədbirlərin,
yarmarkaların təşkili sahəsində 3 il iş təcrübəsi;
Dövlət qurumlarında iş
təcrübəsinin olması üstünlük hesab edilir;
Araşdırma və analitik düşünmə
qabiliyyəti;
Operativ qərarvermə bacarığı;
Dəqiqlik, məsuliyyətlilik;
Stresə
davamlılıq;
Komandada işləmək və effektiv koordinasiya
bacarığı;
Ünsiyyət və təqdimat bacarığı;
Peşəkar yanaşma və nəticəyönümlülük;
MS Office
proqramlarında sərbəst işləmək bacarığı.
İşrejimi:
5 günlük iş qrafiki
İş saatı
09:00-18:00-dək
Ünvan: N.Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3.
CV-lərinizi mövzu hissəsində “Aqrar bazar
və tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis”yazaraqMüraciət etdüyməsində qeyd edilən elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
