Vakansiya haqqında
Təsvir
Müştəri əməliyyatlarının gündəlik monitorinqini həyata
keçirmək.
Şübhəli əməliyyatları müəyyən edərək təhlil
etmək.
Anti-fraud sistemləri tərəfindən yaradılan xəbərdarlıqları
(alerts) araşdırmaq.
Dələduzluq əlamətləri aşkar edildikdə müvafiq
tədbirlər görmək (kartın bloklanması, hesabın məhdudlaşdırılması və s.).
Müştərilərlə əlaqə saxlayaraq əməliyyatların təsdiqlənməsini təmin etmək.
Yeni dələduzluq sxemlərini izləmək və rəhbərliyə məlumat vermək.
Tələblər
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar
üçün);
Bank təcrübəsi (1-2 il) (Anti-fraud və monitorinq sistemləri ilə
işləmək təcrübəsi arzuolunandır)
Şübhəli əməliyyatların izlənilməsi,
araşdırılması və qarşısının alınması sahəsində bilik.
Analitik düşünmə
bacarığı
Növbəli iş rejimində işləmək imkanı
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
