Vakansiya haqqında
İnsan Resursları komandamıza qoşulmaq üçün
Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilən, məsuliyyətli və detallara diqqət yetirən İnsan
Resursları üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə
öhdəlikləri
Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq
işçilərin işə qəbulunun, əmək müqaviləsinə xitam verilməsinin və başqa vəzifəyə keçirilməsinin
rəsmiləşdirilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması,
sənədlərin sistemləşdirilməsi və düzgün aparılmasının təmin edilməsi;
İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin və digər sənədlərin
hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi;
Əmək müqavilələrinin, əmək
müqavilələrinə dəyişikliklərin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
İşçilərlə bağlı dəyişikliklərin müvafiq dövlət informasiya sistemlərinə və portallarına
vaxtında, düzgün daxil edilməsinin təmin edilməsi;
ƏMAS, İSB və E-gov
portallarında müvafiq əməliyyatların həyata keçirilməsi;
İşçilərin İnsan
Resursları sahəsi ilə bağlı müraciət və sorğularının araşdırılması, cavablandırılması və müvafiq tədbirlərin
görülməsi;
Könüllü tibbi sığorta ilə bağlı sənədləşmə və əməliyyatların
icrası;
Kadr sənədlərinin düzgünlüyünə, tamlığına və qanunvericiliyin
tələblərinə uyğunluğuna nəzarət edilməsi.
Könüllü tibbi sığorta
proseslərinin idarə olunması üzrə təcrübə.
Namizədə
tələblər
İnsan Resursları, idarəetmə, hüquq və ya müvafiq sahələr üzrə ali
təhsil;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə
biliklər;
Kadr inzibatçılığı və insan resursları sənədləşməsi sahəsində
iş təcrübəsi;
ƏMAS, İSB və E-gov portallarından istifadə
bacarığı;
MS Office proqramları ilə işləmək
bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, operativlik və sənədlərlə dəqiq
işləmək bacarığı;
Güclü ünsiyyət və komanda ilə işləmək
bacarığı.
Üstünlük hesab
olunur:
SAP HR/HCM proqramı ilə iş təcrübəsi;
Tələblərə uyğun namizədlər
CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan
elektron poçt vasitəsilə, mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə
göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən
namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
