Vakansiya haqqında
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu (Meyvəli gömrük terminalının
yaxınlığı)
İş qrafiki: 6 günlük iş həftəsi (Şənbə günü
qısaldılmış iş günü)
Əməkhaqqı: 1000
AZN
Tələblər:
Xanım namizəd
MS Excel, MS Word və 1C
proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
Yüksək məntiqi və
analitik düşünmə qabiliyyəti, rəqəmlər və sənədlərlə dəqiq işləmə bacarığı;
Müştərilərlə səlis və peşəkar ünsiyyət qurmaq qabiliyyəti;
Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;
Qeyd: Avtomobil sahəsində təcrübə, həmçinin rus və ingilis dili bilikləri
arzuolunandır və əlavə üstünlük hesab ediləcək.
Vəzifə öhdəlikləri:
Müştərilərlə davamlı əlaqənin saxlanılması, sorğuların qəbulu və operativ
cavablandırılması;
Servis kartlarının yoxlanılması və müvafiq
məlumatların sistemə işlənilməsi;
Qaimə və hesab-fakturaların tərtib
edilməsi, proqramdan çıxarılması və müştərilərə yönləndirilməsi;
Mühasibatlıq şöbəsi ilə koordinasiyalı şəkildə gündəlik sənəd dövriyyəsinin idarə
edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini elektron məktubun mövzu
hissəsində "Servis üzrə operator" qeyd edərəkMüraciət
et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri
xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
