Vakansiya haqqında
Vəzifənin məqsədi
Şirkətin gündəlik mühasibat və maliyyə əməliyyatlarının tam və düzgün aparılması,
aylıq bağlanışın həyata keçirilməsi, balans və rəsmi hesabatların hazır vəziyyətə qədər hazırlanması. Yekun maliyyə
və rəsmi hesabatların yoxlanılması və təsdiqi CFO tərəfindən həyata keçiriləcək.
Əsas vəzifələr
İki mühasib operatorla satış-alış işinin aparılması,
İlkin mühasibat sənədlərinin düzgün uçotu və nəzarəti;
Bank, kassa, alış və satış əməliyyatlarının aparılması;
Debitor və kreditor borclarının uçotu və üzləşdirilməsi;
ƏDV, e-Qaimə, elektron vergi hesab-fakturaları və digər elektron sənədlərlə
iş;
Əmək haqqı və əmək haqqı ilə bağlı hesablamalara
nəzarət;
Anbar və mal-material uçotunun mühasibatlıqla uyğunlaşdırılması,
əsas vəsaitlərin uçotu;
Müqavilələr üzrə maliyyə əməliyyatlarının düzgün
əks etdirilməsi;
Aylıq dövriyyələrin və hesabların bağlanması, Vergi və
digər məcburi ödənişlərin hesablanması;
Balans, mənfəət-zərər və digər
maliyyə hesabatlarının hazırlanması;
Vergi, DSMF, statistika və digər
rəsmi hesabatların təqdimata hazır vəziyyətə gətirilməsi;
CFO üçün aylıq
maliyyə məlumatlarının və izahatların hazırlanması;
Məsuliyyət bölgüsü
Əməliyyatlar üzrə aparıcı mühasib: Uçotu 2 operator-mühasib üzərindən aparır → yoxlayır →
ayı bağlayır → balansı və hesabatları hazırlayır → CFO-ya təqdim edir.
CFO: Yekun yoxlama → nəzarət → təsdiq → rəsmi təqdimata icazə.
Namizədə əsas tələblər
Mühasibatlıq üzrə minimum 2–4 il real iş təcrübəsi;
Aylıq bağlanışı müstəqil şəkildə həyata keçirə bilməsi;
Balans və P&L hazırlamaq bacarığı;
Vergi və
əmək qanunvericiliyini bilməsi;
ƏDV və elektron vergi sistemləri ilə
praktiki iş təcrübəsi;
1C və Excel-də sərbəst
işləməsi;
Debitor/kreditor və anbar uçotunda güclü praktiki
təcrübə;
İş şərtləri
Rəsmi net Ə/H - 1700-2200 AZN arası, təcrübəyə uyğun
İş vaxtı - Qanunvericiliyə uyğun
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
