Vakansiya haqqında
“Hermes-S” MMC peşəkar komandamıza qoşulmaq üçün Texniki ofis mühəndisi
vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
Tikinti layihələri, çertyojlar və texniki sənədlərlə işləmək;
Görülmüş işlərin həcmlərini hesablamaq, ölçü cədvəlləri və icra sənədlərini
hazırlamaq;
Smeta sənədlərini hazırlamaq, yoxlamaq və faktiki görülmüş iş
həcmləri ilə müqayisə etmək;
Materialların silinməsi və istifadəsi üzrə
sənədləri hazırlamaq, material sərfiyyatına nəzarət etmək;
Anbara daxil
olan və anbardan çıxan materialların uçotunu, qalıqlarını və hərəkətini izləmək;
Material sərfiyyatının layihə və smeta göstəricilərinə uyğunluğunu
yoxlamaq;
Görülmüş işlər üzrə aktları, hesabatları və digər texniki
sənədləri hazırlamaq;
Tikinti sahəsinin mühəndis-texniki heyəti, anbar və
mühasibatlıq şöbəsi ilə koordinasiyalı işləmək.
Namizədə tələblər:
Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali
təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Smeta, material uçotu, materialların silinməsi və sərfiyyatı üzrə bilik və
təcrübə;
AutoCAD, MS Excel və MS Office proqramlarında işləmək
bacarığı;
Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək
bacarığı;
Diqqətlilik, analitik düşüncə və
məsuliyyətlilik.
İş şəraiti:
İş yeri: Ağdam şəhəri
İş qrafiki:
Həftənin 5 günü, saat 09:00–18:00
Əməkhaqqı: Namizədin bilik və
təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Əmək
münasibətləri rəsmi əmək müqaviləsi əsasında tənzimlənir.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki ofis mühəndisi”
başlığı iləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına başlığı ilə göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
