Vakansiya haqqında
"Azerbaijan Automobiles" şirkətinə “Qrafik
dizayner” tələb olunur;
Iş barədə
məlumat:
Automobiles Group portfelinə daxil olan bütün brendlər üçün rəqəmsal və çap
materiallarının vizual dizaynını hazırlamaq.
Sosial media postları, story
və reel cover-ları, reklam bannerləri, kampaniya vizualları, e-mail materialları, təqdimatlar, broşürlər,
kataloqlar, POSM materialları və digər marketinq daşıyıcıları üzrə dizayn işlərini icra etmək.
Yeni model təqdimatları, xüsusi qiymət kampaniyaları, showroom tədbirləri, test-drive
aktivlikləri, BTL layihələri və korporativ kommunikasiya üçün yaradıcı vizual konseptlər
hazırlamaq.
Hər brendin rəsmi brand guideline, loqo istifadəsi, rəng
palitrası, şrift, dizayn dili və digər vizual identifikasiya qaydalarına uyğun işləmək.
Global tərəfdən təqdim olunan vizual materialları lokal bazarın kommunikasiya ehtiyaclarına
uyğunlaşdırmaq və müxtəlif ölçü-formatlarda adaptasiya etmək.
Marketinq,
rəqəmsal marketinq, content və communications komandaları ilə əməkdaşlıq edərək kampaniya brief-lərinə uyğun vizual
həllər təqdim etmək.
Dizayn işlərinin kontent planına, kampaniya
tarixlərinə və təsdiqlənmiş deadline-lara uyğun vaxtında hazırlanmasını təmin etmək.
Təqdim olunan dizaynların keyfiyyətinə, mətnlərin düzgünlüyünə, qiymət və kampaniya
məlumatlarının dəqiq yerləşdirilməsinə nəzarət etmək.
Çap məhsulları üçün
mətbəə tələblərinə uyğun, yüksək keyfiyyətli və çap üçün hazır fayllar hazırlamaq; istehsal prosesində rəng, ölçü və
material keyfiyyətinə nəzarət etmək.
Foto və video prodakşn
materiallarının seçilməsi, retouch, vizual adaptasiyası və kampaniya materiallarında istifadəsində iştirak
etmək.
Mövcud dizayn arxivini, loqo və brand asset-lərini sistemli
şəkildə idarə etmək və komandanın istifadəsi üçün aktual faylları təmin etmək.
Sosial media və avtomobil sektorunda vizual dizayn trendlərini izləmək, brendlərin
kommunikasiya keyfiyyətini yüksəldəcək yeni yaradıcı yanaşmalar təklif etmək.
İş prosesini sürətləndirmək və yaradıcı həlləri təkmilləşdirmək məqsədilə uyğun AI dizayn
alətlərini araşdırmaq və istifadə etmək.
Şirkətin bütün kommunikasiya
materiallarında vahid, premium və peşəkar vizual standartın qorunmasını təmin etmək.
İş şəraiti
İş qrafiki: Həftə içi 6 gün
İş
ünvanı: Bakı, Babək prospekti.
Namizədə
tələblər:
Ali təhsil (aidiyyatı ixtisas üzrə)
Dizaynes sahəsi üzrə ixstisaslaşma sertifikatları
Qrafik Dziayner sahəsində iş təcrübəsi mütləqdir;
Azərbaycan dilini səlis bilməli, ingilis dili, rus dilini bilməsi arzu
olunandır;
MS office biliyi, Qrafik dizayner sahəsi üzrə müvafiq proqram
bilikləri və peşəkar istifadə və ofis avandalıqarından sərbəst şəkildə istifadə bacarığı
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Qrafik dizayner" qeyd
edərəkMüraciət etdüyməsində
qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya
telefon vasitəsilə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
