Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Müştərilərin iş proseslərini və ehtiyaclarını öyrənmək, tələbləri
toplamaq.
Toplanmış tələbləri təhlil etmək və aydın şəkildə
sənədləşdirmək.
AI alətlərindən istifadə edərək texniki tapşırıqlar və
proses təsvirləri hazırlamaq.
Tapşırıqları AI-ya düzgün promptlarla izah
etmək, alınan nəticələri yoxlamaq və təkmilləşdirmək.
Proqramçılarla
tələbləri dəqiqləşdirmək və tapşırıqların icrasını izləmək.
Hazırlanmış
funksionallıqların tələblərə uyğunluğunu yoxlamaq.
Namizədə tələblər
Güclü məntiqi və analitik düşüncə, səbəb-nəticə əlaqələrini müəyyən etmək
bacarığı.
Proqramlaşdırmanın əsasları haqqında ilkin
anlayış.
Biznes prosesləri və onların bir-biri ilə əlaqəsi haqqında baza
bilikləri.
AI alətləri ilə rahat işləmək və düzgün promptlar vasitəsilə
tapşırıqları yerinə yetirmək bacarığı.
AI-nın təqdim etdiyi nəticələri
qiymətləndirmək, səhv və çatışmazlıqları müəyyən etmək bacarığı.
Fikrini
şifahi və yazılı şəkildə aydın ifadə etmək.
Öyrənməyə həvəs, diqqət və
məsuliyyət.
İş təcrübəsi məcburi deyil. Seçim zamanı namizədin məntiqi
təfəkkürünə, problemi anlama və həll etmə bacarığına xüsusi önəm veriləcək.
İş şərtləri
İş qrafiki: Bazar ertəsi–cümə, 10:00–18:00.
Rəsmi əmək müqaviləsi.
Əmək haqqı müsahibə zamanı
müəyyən ediləcək.
Mentorluq və real layihələrdə praktiki təcrübə qazanmaq
imkanı.
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
