Vakansiya haqqında
“CRONOS Construction” MMC komandasına Texniki ofis rəhbəri vəzifəsi üzrə
təcrübəli əməkdaş axtarır.
Tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Tikinti qanunvericiliyi, tikinti norma və qaydaları üzrə biliklər;
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
Texniki şöbənin idarə olunması və rəhbərliyi üzrə təcrübə;
MS Office, Outlook, AutoCAD və Primavera proqramlarında işləmək bacarığı;
Texniki problemləri müəyyənləşdirmək, təhlil etmək və həll yolları təklif etmək
bacarığı;
Hesabatların hazırlanması və təhlili
bacarığı;
Komanda idarəetməsi və koordinasiya bacarığı.
Əsas vəzifə və öhdəliklər:
Texniki ofisin fəaliyyətini təşkil və idarə etmək, şöbənin işinə rəhbərlik
etmək;
Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta
sənədlərinə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğuna nəzarət
etmək;
Layihə-smeta sənədlərinin hazırlanmasını, yoxlanılmasını və
icrasını təmin etmək;
Sifarişçilərdən və subpodratçılardan daxil olan
smeta sənədlərini yoxlamaq, onların tərkibi və keyfiyyəti barədə rəy hazırlamaq;
Tikinti işlərinin həcmini, material və əlavə xərcləri hesablamaq, görülmüş işlərin uçotunu
aparmaq;
Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq və təhlil
etmək;
Layihələrin icrasına, iş qrafiklərinə və layihə planlarına
uyğunluğa nəzarət etmək;
Layihə sənədləşmə sistemini təşkil və idarə
etmək (Çizimlər, NFI, RFI, MA, MS və digər texniki sənədlər);
Laboratoriya nəticələrinin, material sertifikatlarının və texniki sənədlərin hazırlanmasını və
toplanmasını təşkil etmək;
Subpodratçılar üçün texniki spesifikasiyaların
hazırlanmasını təmin etmək;
Material sifarişləri və təchizat prosesinə
texniki nəzarət etmək;
Mühəndislik və tikinti qrupları arasında
koordinasiyanı təmin etmək;
Müqavilələr üzrə texniki öhdəliklərin
icrasına nəzarət etmək;
Aşkar edilmiş uyğunsuzluqların aradan
qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək;
Tikinti-quraşdırma işlərinin keyfiyyətinə nəzarət prosesində iştirak
etmək;
Təhvil-təslim prosedurlarını təşkil etmək və müvafiq sənədləri
hazırlamaq;
Şöbənin aylıq fəaliyyəti və görülmüş işlər barədə şirkət
rəhbərliyinə hesabat təqdim etmək.
İş şəraiti:
İş rejimi: 5 günlük, 09:00–18:00;
Əmək
haqqı: Müsahibə əsasında;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin olunur.
Tələblərə uyğun namizədlər CV-lərini elektron poçtun mövzu hissəsində “Texniki
ofis rəhbəri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
