Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət
nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU
optimazasiyasının aparılması;
Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin
və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi,
portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
Portfelində mövcud
olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin
təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin
optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata
keçirilməsi;
Cari və növbəti illər üçün menecerə həvalə edilmiş
kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq
tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf
etdirilməsi;
Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının
gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin
müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
Güclü analitik düşüncəyə malik olması;
Təqdimat
proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
Excel, Power BI
və SAP proqramları üzrə biliklər;
Kollektivdə işləmə
bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
İngilis və Rus dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş
saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç.
46C.
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
İşçilərə qayğı proqramı;
Peşəkar komanda
mühiti;
Nahar;
Şirkət hesabına
korporativ nömrə;
Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul
meneceri” yazaraqMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə
cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
