Vakansiya haqqında
Rahat Supermarketlər şəbəkəsiƏsas vəsaitlərin uçotu və inventarizasiyası üzrə
təcrübəçivəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri
Mağaza, anbar və ofislərdə əsas vəsaitlərin fiziki sayımında (inventarizasiyasında)
iştirak etmək;
Əsas vəsaitlərin inventar nömrələri ilə markalanmasına və
inventar siyahılarının hazırlanmasına dəstək göstərmək;
Fiziki sayımın
nəticələrini uçot məlumatları ilə müqayisə etmək və aşkar edilmiş fərqləri qeydə almaq;
Əsas vəsaitlərin yerləşdiyi məkan və maddi məsul şəxslər barədə məlumatları yoxlamaq və
yeniləmək;
Əsas vəsaitlərin qəbulu, yerdəyişməsi və silinməsi ilə bağlı
sənədləşmə prosesinə dəstək göstərmək;
Əsas vəsaitlərin reyestrinin
aparılmasında və məlumatların mühasibat uçotu sisteminə daxil edilməsində iştirak etmək;
İnventarizasiya aktlarının və sayım nəticələri üzrə hesabatların hazırlanmasına kömək
etmək;
Aşkar edilmiş uyğunsuzluqların araşdırılması və aradan
qaldırılması prosesində iştirak etmək.
Namizədə dair tələblər
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə təhsil almaq və ya müvafiq ixtisas
üzrə məzun olmaq;
Mühasibat uçotu və əsas vəsaitlər üzrə ilkin biliklərə
malik olmaq;
MS Excel proqramında baza səviyyəsində işləmək
bacarığı;
Dəqiqlik, məsuliyyət və detallara diqqət;
Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək
bacarığı;
Mağaza və anbarlarda keçirilən səyyar inventarizasiya işlərində
iştirak etməyə hazır olmaq;
İş təcrübəsi tələb olunmur.
İş şərtləri
İş yeri:Rahat Supermarketlər şəbəkəsi
İş qrafiki:5 günlük iş həftəsi
Əmək haqqı:Namizədin bilik və bacarıqları nəzərə alınmaqla, müsahibə əsasında
müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində“Əsas vəsaitlərin uçotu və
inventarizasiyası üzrə təcrübəçi”qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
