Vakansiya haqqında
“Abşeron Logistika” MMC “Xüsusi təyinatlı avtomobil sürücüsü” vəzifəsi üzrə
vakansiya elan edir.
Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq
standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi
terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir.
Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək
xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız
mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət
edirik.
Ümumi vəzifə öhdəlikləri:
Təhkim ediləcək xüsusi təyinatlı avtomobilin təhlükəsiz və düzgün idarə
olunması;
Avtomobilin texniki göstəricilərinə uyğun Mərkəz ərazisində
veriləcək tapşırıqların icrası;
Avtomobilin texniki vəziyyətinə gündəlik
nəzarət etmək;
Yanacaq və texniki xidmət qaydalarına riayət
etmək;
Əməyin mühafizəsi, yol hərəkəti və yanğın təhlükəsizliyi
qaydalarına riayət etmək;
Xüsusi təyin edilən ərazilərdə maşın vasitəsi
ilə sudan istifadəni təmin etmək.
Namizədə qarşı tələblər:
Minimum orta təhsili olmalı;
“BC”
kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir;
Ağır texnika və ya yük
avtomobili idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi olmalı (Yanğınsöndürmə, su maşını və s. Avtomobilləri idarə
etmək təcrübəsi üstünlükdür);
Məsuliyyətli, intizamlı və diqqətli
olmalı.
Komandada işləmək bacarığı olmalı.
Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını bilməli;
Nəqliyyat vasitəsində təhlükəsizlik qaydalarını bilməli;
Göstərilən tələblərə uyğun namizədlər linkə keçid edərək-https://career.absheronport.az/karyera portalı üzərindən və ya CV
formalarınıMüraciət etdüyməsində qeyd olunan formu doldurub göndərməklə müraciət edə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xüsusi təyinatlı
avtomobil sürücüsü”şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə
baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş
namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
