Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Layihə sənədlərini, o cümlədən baş plan, kəsiklər, detallar və işçi çertyojları
oxumaq və tikinti işlərinin layihə tələblərinə uyğun icrasına nəzarət etmək;
Tikinti sahəsində torpaq işlərinin və vertikal planlaşdırmanın icrasını təşkil və nəzarət
etmək: qazma-doldurma, qruntun döyəclənməsi, kotlovan və xəndək işləri;
Yol və səki örtüklərinin tikintisinə nəzarət etmək: təməl qatlarının (şeben-qum qarışığı,
karbonat və s.) hazırlanması, asfaltbeton və beton tavacıq örtüklərinin döşənməsi, bordyurların
quraşdırılması;
Beton və dəmir-beton işlərinin icrasına nəzarət etmək:
qəlib, armatur və betonlama işlərinin layihə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin
etmək;
Beton işlərinin keyfiyyətinə, istifadə olunan materialların
texniki tələblərə uyğunluğuna və işlərin düzgün texnologiya ilə aparılmasına nəzarət etmək;
Mühəndis şəbəkələrinin, o cümlədən su, kanalizasiya, kabel xətləri və kommunikasiya
qalereyalarının tikintisinə nəzarət etmək;
Su anbarlarının və digər
yeraltı/yerüstü mühəndis qurğularının tikinti işlərinin layihəyə uyğun icrasını təmin etmək;
Geodeziya ölçmələrini həyata keçirmək, nivelir, teodolit və total station kimi ölçü
alətlərindən istifadə etmək;
Geodeziya ölçmə nəticələrini layihə
göstəriciləri ilə müqayisə etmək, kənarlaşmaları müəyyənləşdirmək və zəruri hallarda aidiyyəti şəxslərlə
koordinasiya etmək;
Subpodratçıların, ustaların və sahə işçilərinin
fəaliyyətini koordinasiya etmək, görülən işlərin keyfiyyətinə və layihə qrafikinə uyğunluğuna nəzarət
etmək;
Görülmüş işlərin həcmlərini yoxlamaq, faktiki icra ilə layihə və
iş həcmlərini müqayisə etmək;
Gündəlik və həftəlik görülən işlər üzrə
icra hesabatları hazırlamaq və layihə rəhbərliyinə təqdim etmək;
Gizli
işlər aktlarının və digər icra sənədlərinin hazırlanması üçün texniki ofislə koordinasiyalı
işləmək;
Tikinti norma və qaydalarına, texniki standartlara, layihə
tələblərinə və keyfiyyət prosedurlarına riayət olunmasına nəzarət etmək;
Sahədə yaranan texniki məsələləri operativ şəkildə müəyyən etmək və onların həlli üçün layihə
rəhbərliyi və aidiyyəti struktur bölmələri ilə əməkdaşlıq etmək;
Əməyin
mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət
etmək;
Layihənin vaxtında, keyfiyyətli və texniki tələblərə uyğun
tamamlanması üçün digər struktur bölmələri və subpodratçılarla sıx əməkdaşlıq etmək.
Tələblər
İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
Sahə mühəndisi vəzifəsində, xüsusilə yol, torpaq işləri, beton/dəmir-beton və mühəndis
şəbəkələri üzrə iş təcrübəsi;
Layihə sənədlərini, baş planı, kəsikləri və
texniki detalları oxuma bacarığı;
Torpaq, yol, beton və dəmir-beton
işlərinin icra texnologiyası üzrə praktiki bilik;
Mühəndis şəbəkələrinin
tikintisi üzrə anlayış və sahə təcrübəsi;
Nivelir, teodolit və total
station kimi geodeziya alətləri ilə işləmək bacarığı;
Tikinti norma və
standartları barədə bilik;
Görülmüş işlərin həcmlərinin yoxlanılması və
icra sənədlərinin hazırlanması üzrə anlayış;
AutoCAD proqramında
çertyojları oxuma bacarığı;
MS Excel və MS Word proqramlarında işləmək
bacarığı;
Məsuliyyətli, operativ və nəticəyönümlü
olmaq;
Komandada işləmək və sahədə müxtəlif tərəflərlə effektiv ünsiyyət
qurmaq bacarığı
İş şəraiti
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və
iri tikinti layihələrində iştirak imkanı;
Rəqabətqabiliyyətli əməkhaqqı
(müsahibə əsasında müəyyən ediləcək);
İş qrafiki: Tam iş
günü;
İş yeri: Bakı şəhəri.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
