Vakansiya haqqında
Vesta MMC Memar Dizayner vakansiyasını elan edir.
Sizə məlumat vermək istərdik ki, Vesta komandasının böyük bir hissəsini istedadlı gənclər
təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur
qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Vəzifə öhdəlikləri
Autodesk Revit proqramında yüksək səviyyədə işləmək və layihələri Revit mühitində
inkişaf etdirmək
Eskiz və ilkin layihədən işçi layihə mərhələsinə qədər
memarlıq layihələrinin hazırlanması və inkişaf etdirilməsi
Memarlıq üzrə
Faza 1 və Faza 2 çertyojlarının hazırlanması
Plan, fasad, kəsik və icra
detallarının hazırlanması və koordinasiyası
Memarlıq üzrə Shop
Drawing-lərin hazırlanması, inkişaf etdirilməsi və yoxlanılması
Tikintidə
birbaşa istifadə oluna bilən, texniki cəhətdən düzgün və detallı işçi çertyojların hazırlanması
Revit-də Professional Sheets və tam layihə Documentation-ın hazırlanması
Dimension, Tag, Schedule, View Template, Family və digər Revit alətlərindən düzgün və effektiv
istifadə etmək
Revit modelini səliqəli, standartlara uyğun və komanda işi
üçün əlverişli şəkildə təşkil etmək
Plan, fasad, kəsik və detallar
arasındakı əlaqəni düzgün qurmaq və layihənin bütün çertyojlarında koordinasiyanı təmin etmək
AutoCAD proqramında sərbəst işləmək
Mövcud memarlıq
çertyojlarını oxumaq, analiz etmək, yoxlamaq və zəruri dəyişiklikləri həyata keçirmək
Tikinti materialları, konstruktiv həllər və memarlıq detallarını anlamaq və çertyojlarda
düzgün tətbiq etmək
Layihə sənədlərinin müəyyən edilmiş standartlara və
texniki tələblərə uyğun hazırlanmasını təmin etmək
Tələblər
Memarlıq, memarlıq mühəndisliyi, interyer memarlığı, memarlıq və tikinti ilə əlaqəli
digər ixtisaslar üzrə ali təhsil
Müvafiq sahə üzrə minimum__ il iş
təcrübəsi
3ds Max, SketchUp, V-Ray və Corona, Photoshop proqramları
üzrə biliklər
Revit proqramında peşəkar işləmə
bacarığı
İşçi çertyojların (Working Drawings)
hazırlanması
Shop Drawing-lərin hazırlanması və
oxunması
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Memar Dizayner” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
