Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Istehsalat üzrə hesabat mütəxəssisi birbaşa Beton prekast istehsalat məmulatları
üzrə menecerinə tabedir
Beton boru istehsalı üzrə istehsal
planlarının hazırlanması və icrasının nəzarəti;
İstehsal planı ilə
faktiki istehsal göstəricilərinin müqayisəli təhlilinin aparılması;
Texniki sənədlərin, layihə çertyojlarının və spesifikasiyaların hazırlanması və
yoxlanılması;
İstehsal prosesində istifadə olunan materialların ,
avadanlıqların hesablanması və optimallaşdırılması;
İstehsal sahəsi və
texniki ofis arasında koordinasiyanın təmin edilməsi;
Keyfiyyətə nəzarət
və keyfiyyətə zəmanət departamenti ilə əməkdaşlıq edərək məhsulların standartlara uyğunluğunun
yoxlanılması;
İstehsal göstəricilərinə dair gündəlik, həftəlik və aylıq
hesabatların hazırlanması;
Texniki problemlərin analizi və həlli,
təkmilləşdirmə təkliflərinin hazırlanması;
Rəhbərlik tərəfindən daxil
olan bütün sorğuları icra etmək.
Tələb olunan bilik və bacarıqlar:
Tikinti materialları, xüsusilə beton və dəmir-beton məhsullarının istehsalı üzrə
biliklər;
İstehsalat proseslərini oxumaq və təhlil etmək
bacarığı;
AutoCAD və digər dizayn proqramlarında sərbəst
işləmək;
MS Office proqramları ilə hesabatların hazırlanması
bacarığı;
Güclü analitik düşüncə, problem həll etmə və təşkilatçılıq
bacarığı;
Komandada işləmə və sahə ilə ofis arasında koordinasiyanı təmin
etmə bacarığı.
Təhsil və təcrübə:
Ali təhsil (mühəndislik ixtisasları üzrə – İnşaat, Mexanika və
s.);
Beton boru və ya oxşar istehsal sahəsində minimum 2–3 il iş
təcrübəsi;
İstehsalat sahəsində texniki sənədləşmə və keyfiyyət
standartları üzrə biliklər.
Muraciətinizi cv@nwconstruction.comvə yahr@nwconstruction.comelektron poçt ünvanlarına “İstehsalat üzrə hesabat mütəxəssisi” başlığı ilə göndərməklə
edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
