Vakansiya haqqında
İnventarlaşdırma proseslərini təşkil edəcək, mal qalıqlarının dəqiqliyinə nəzarət edəcək,
stok fərqlərini və itkilərin yaranma səbəblərini araşdıraraq onların qarşısının alınmasını təmin edəcək, komandanın
fəaliyyətini koordinasiya edərək anbar əməliyyatlarının səmərəliliyini artıracaq peşəkar İnventarlaşdırma və
itkilərə nəzarət üzrə baş mütəxəssis axtarışındayıq.
Namizədə tələblər
Ali təhsil (iqtisadiyyat, logistika, maliyyə və ya əlaqəli sahələr üzrə olması
üstünlükdür).
Anbar, inventarlaşdırma, stoklara nəzarət və ya itkilərin
idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi.
Komanda idarəetməsi
və iş proseslərinin koordinasiyası üzrə təcrübə.
İnventarlaşdırma
metodları, mal qalıqlarının uçotu və stok fərqlərinin araşdırılması üzrə biliklər.
MS Excel proqramı ilə işləmək bacarığı; ERP və anbar idarəetmə sistemləri (WMS) üzrə biliklər
üstünlükdür.
Analitik düşünmə, məlumatların təhlili və problemlərin həlli
bacarığı.
Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək
həssaslıq.
Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək
bacarığı.
Operativ qərarvermə və vaxtın düzgün idarə edilməsi
bacarığı.
Nəticəyönümlülük və itkilərin azaldılmasına
fokuslanmaq.
Vəzifə öhdəlikləri
Anbar və Fulfillment mərkəzində inventarlaşdırma proseslərini təşkil etmək və
nəzarətdə saxlamaq.
Yüksək dəyərli məhsulların və ümumi mal qalığının
dövri inventarlaşdırılmasını təmin etmək.
Sistem üzrə və faktiki mal
qalıqları arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq.
Mal
çatışmazlığı, artıq qalıq və digər itkilərin yaranma səbəblərini təhlil etmək.
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmasının qarşısının alınması
üçün tədbirlər hazırlamaq.
Mal hərəkətinin, qəbulun, yerləşdirilmənin və
təhvil-təslim proseslərinin düzgünlüyünə nəzarət etmək.
İnventarlaşdırma
nəticələrini təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
İtkilərin azaldılması və stok dəqiqliyinin artırılması istiqamətində təkmilləşdirmə tədbirləri
həyata keçirmək.
Komandanın gündəlik fəaliyyətini təşkil etmək,
əməkdaşlar arasında iş bölgüsünü aparmaq və icraya nəzarət etmək.
Müvafiq
şöbələrlə əməkdaşlıq edərək aşkar edilmiş problemlərin operativ həllini təmin etmək.
İnventarlaşdırma və itkilərə nəzarət prosesləri üzrə daxili prosedur və qaydalara əməl
olunmasını təmin etmək.
Təklif olunanlar
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və
bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı
kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə
məzuniyyət
Güzəştli təhsil və işçi krediti
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
