Vakansiya haqqında
"Veysəloğlu" MMC Data Mühəndisliyi Şöbəsinə, "Şöbə Müdiri" vakansiyasını elan edir.
Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifənin əsas məqsədi
Şirkətin məlumat infrastrukturlarının qurulması və inkişaf etdirilməsi, məlumatların
müxtəlif mənbələrdən toplanması, emalı, inteqrasiyası və saxlanılması proseslərinin idarə olunması, Data
mühəndisliyi həllərinin tətbiqi və şöbənin fəaliyyətinin effektiv təşkilini təmin etmək.
Əsas vəzifə öhdəlikləri
Şöbənin fəaliyyətini təşkil etmək, iş proseslərinin təkmilləşdirilməsi və
optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
Şirkətin məlumatlarının
müxtəlif mənbələrdən toplanması, emalı, inteqrasiyası və saxlanılması proseslərini təşkil
etmək;
Data infrastrukturlarının və məlumat axınlarının
layihələndirilməsini, qurulmasını və təkmilləşdirilməsini təmin etmək;
Məlumatların toplanması və emalı üçün ETL/ELT proseslərinin hazırlanmasına və düzgün
fəaliyyətinə nəzarət etmək;
Data Warehouse və Data Lake
arxitekturalarının qurulması və inkişaf etdirilməsi istiqamətində işləri təşkil etmək;
Məlumat bazalarının və məlumat emalı sistemlərinin fasiləsiz, etibarlı və səmərəli
fəaliyyətinə nəzarət etmək;
Böyük həcmli məlumatların emalı və
inteqrasiyası üçün müasir texnologiyaların tətbiqini təmin etmək;
Data
mühəndisliyi sahəsində qabaqcıl texnologiyaların araşdırılması və tətbiqi üzrə təkliflər
hazırlamaq;
Şöbənin fəaliyyət istiqamətləri üzrə texniki tələbləri və
parametrləri müəyyənləşdirmək və təsdiq üçün təqdim etmək;
Məlumatların
keyfiyyətinin, bütövlüyünün və informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;
Data mühəndisliyi fəaliyyətini təmin edən proqram təminatı və avadanlıqların quraşdırılması və
fasiləsiz işləməsini təşkil etmək;
Şöbənin fəaliyyət istiqamətləri üzrə
dövri hesabatlar hazırlamaq;
Şöbə əməkdaşlarının fəaliyyətinə, təliminə
və peşəkar inkişafına nəzarət etmək;
Şirkətin digər struktur bölmələri
ilə effektiv əməkdaşlığı təmin etmək;
Rəhbərlik tərəfindən vəzifə
öhdəliklərinə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair tələblər
İnformasiya texnologiyaları, Kompüter elmləri, Proqram mühəndisliyi və ya əlaqəli
sahələr üzrə ali təhsil;
Data Engineering sahəsində minimum 5 il iş
təcrübəsi;
Rəhbər vəzifədə və komanda idarəetməsi üzrə minimum 2 il iş
təcrübəsi;
SQL və Python proqramlaşdırma dilləri üzrə yüksək səviyyədə
biliklər;
ETL/ELT proseslərinin qurulması və idarə olunması üzrə praktiki
təcrübə;
Data Warehouse, Data Lake və Data Modeling üzrə
biliklər;
Böyük həcmli məlumatların emalı, inteqrasiyası və
transformasiyası üzrə təcrübə;
Məlumat bazaları və paylanmış məlumat
emalı texnologiyaları üzrə biliklər;
Apache Airflow, Apache Spark, Apache
Kafka və oxşar texnologiyalarla iş təcrübəsi;
AWS, Microsoft Azure və ya
Google Cloud Platform kimi bulud texnologiyaları üzrə biliklər;
Microsoft
Fabric;
Data infrastrukturlarının layihələndirilməsi, optimallaşdırılması
və idarə olunması bacarığı;
Məlumat təhlükəsizliyi və məlumat
keyfiyyətinin idarə olunması prinsipləri üzrə biliklər;
Texniki
problemlərin təhlili və effektiv həll yollarının müəyyənləşdirilməsi bacarığı;
Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarıqları;
Güclü liderlik, komanda idarəetməsi və kommunikasiya bacarıqları;
Azərbaycan dilində sərbəst, ingilis dilində texniki sənədlərlə işləmək
bacarığı.
İş şəraiti və şirkət tərəfindən təqdim olunan imtiyazlar:
Əməkhaqqı: Namizədin peşəkar bilik və təcrübəsi nəzərə alınmaqla müsahibə əsasında
müəyyən edilir;
İş rejimi: 5 günlük iş həftəsi, 08:00–17:00, 08:30–17:30
və ya 09:00–18:00 saatları arasında seçim imkanı;
Hibrid iş modeli: Həftə
ərzində distant (məsafədən) işləmək imkanı;
Yemək və nəqliyyat təminatı:
Yemək xərclərinin qarşılanması və korporativ nəqliyyat servisindən istifadə imkanı;
Tibbi sığorta: Könüllü tibbi sığorta ilə təmin olunma;
Peşəkar inkişaf: Udemy onlayn təlim platformasına çıxış imkanı;
Təlim və inkişaf: Yerli və beynəlxalq peşəkar təlimlərdə iştirak imkanı;
Əlavə imtiyazlar: Vəzifə səviyyəsinə uyğun olaraq şirkətin digər korporativ imtiyazlarından
yararlanmaq imkanı.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Data Mühəndisliyi Şöbə
Müdiri” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına və yahttps://karyera.veyseloglu.az/saytına göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə
saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
