Vakansiya haqqında
“Royal Sea Breeze Operation” MMC “Royalé Casino”da
“Hüquqşünas” vakansiyasını elan edir.
Vəzifə
öhdəlikləri:
Müxtəlif növ kommersiya, korporativ və
mülki-hüquqi müqavilələrin hazırlanması, hüquqi ekspertizasının aparılması, razılaşdırılması və icrasına
nəzarət;
Korporativ
sənədlərin, o cümlədən təsis sənədlərinin, nizamnamələrin, qərarların, protokolların və etibarnamələrin hazırlanması
və hüquqi baxımdan yoxlanılması;
Şirkətin korporativ idarəetmə proseslərinə hüquqi dəstəyin
göstərilməsi;
Şirkətin
təsisçiləri, iştirakçıları və digər maraqlı tərəfləri ilə bağlı korporativ hüquqi məsələlərin
həlli;
Şirkətin
strukturunda və korporativ məlumatlarında baş verən dəyişikliklərin hüquqi sənədləşdirilməsinin təmin
edilməsi;
Hüquqi rəylərin,
arayışların, müraciətlərin və digər hüquqi sənədlərin hazırlanması;
Şirkətin fəaliyyətinə aid mülki, əmək və vergi hüququ
məsələləri üzrə hüquqi məsləhətlərin verilməsi;
Şirkətin maraqlarının qorunması məqsədilə iddia ərizələrinin, şikayətlərin və digər
prosessual sənədlərin hazırlanması;
Dövlət qurumları və digər aidiyyəti təşkilatlarla korporativ və hüquqi məsələlər
üzrə yazışmaların aparılması;
Hüquqi risklərin müəyyən edilməsi və onların minimuma endirilməsi istiqamətində
təkliflərin hazırlanması;
Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğunluğunun təmin edilməsinə hüquqi dəstəyin göstərilməsi.
Namizədə dair
tələblər:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil
(bakalavr və ya magistr dərəcəsi);
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Korporativ və müqavilə hüququ üzrə biliklər, hüquqi
sənədlərin hazırlanması, yoxlanılması və danışıqların aparılması sahəsində təcrübə;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Əmək
Məcəlləsi və Vergi Məcəlləsi üzrə biliklər;
Hüquqi və tənzimləyici riskləri müəyyən etmək, qiymətləndirmək, minimuma endirmək
və praktiki həll yolları təklif etmək bacarığı;
Analitik düşünmə, problem həll etmə və effektiv kommunikasiya
bacarıqları;
Azərbaycan
dilini mükəmməl səviyyədə bilmək;
İngilis və rus dili bilikləri üstünlükdür;
MS Office proqramları ilə işləmək
bacarığı.
İş
şəraiti:
İş qrafiki: Bazar ertəsi – Cümə
(5/2);
İş yeri: Sea Breeze,
Nardaran, Bakı;
Əlavə
üstünlüklər: Şirkət tərəfindən nəqliyyat və nahar ilə təmin olunma;
Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən
müsahibə zamanı müəyyən ediləcək.
Maraqlanan namizədlərdən CV-lərini mövzu
hissəsində “Hüquqşünas” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
