Vakansiya haqqında
“Automobiles Group” şirkətinin tərkibində fəaliyyət göstərən və premium avtomobil
seqmentində təmsil olunan Li Auto markasının avtomobillərinin satışını həyata keçirmək üçün “Satış üzrə menecer”
vəzifəsinə peşəkar namizəd axtarılır.
Əsas vəzifə və öhdəliklər:
Avtosalona gələn müştəriləri peşəkar şəkildə qarşılamaq, onların ehtiyac və
gözləntilərini müəyyən etmək və ehtiyaclarına uyğun avtomobil və xidmətlər üzrə təkliflər təqdim
etmək;
Satışı həyata keçirilən b rendlər və avtomobil modelləri
haqqında müştərilərə ətraflı məlumat vermək, o cümlədən modelin mövcudluğu, texniki xüsusiyyətləri, üstünlükləri,
komplektasiyası, zəmanət şərtləri və servis imkanları barədə məlumatlandırmaq;
Müştərilər üçün test sürüşlərinin təşkilini və prosesin koordinasiyasını həyata
keçirmək;
Mövcud kampaniyalar, xüsusi təkliflər və endirimlər barədə
müştəriləri məlumatlandırmaq;
Müştərilərə kredit və digər maliyyələşdirmə
həlləri barədə ilkin məlumat vermək, tələb olunan sənədlər və müraciət prosesi ilə bağlı düzgün
istiqamətləndirmək;
ERP sisteminə satışlar və digər aidiyyəti məlumatları
müəyyən edilmiş qaydada və mütəmadi olaraq daxil etmək, məlumatların düzgünlüyünü təmin etmək və satış prosesini
sistem üzərindən izləmək.
Müştərilərin suallarını operativ və peşəkar
şəkildə cavablandırmaq;
Satılmış avtomobilin müştəriyə təhvil verilməsi
zamanı avtomobilin təmizliyini, komplektliyini və təqdimata hazır vəziyyətdə olmasını yoxlamaq və avtomobili
müştəriyə təhvil vermək;
Avtosalonda nümayiş etdirilən avtomobillərin
təqdimat vəziyyətinə, o cümlədən səliqəsinə, məlumat materiallarına, qiymət etiketlərinə və digər təqdimat
elementlərinə nəzarət etmək;
Avtomobil bazarını və bazar tendensiyalarını
təhlil etmək, rəqiblərin fəaliyyətini və təkliflərini izləmək;
Müştəri
məlumatlarının CRM sistemində düzgün və vaxtında qeydiyyatını aparmaq və satış üzrə müvafiq hesabatları
hazırlamaq;
Trade-in prosesində iştirak etmək, müştərinin avtomobilinin
ilkin qiymətləndirilməsini həyata keçirmək və dəyişdirmə prosesinin rəsmiləşdirilməsinə dəstək
olmaq;
Şirkətdə tətbiq olunan əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik
və sanitariya-gigiyena tələblərinə riayət etmək;
Şirkətin daxili siyasət,
prosedur və qaydalarına, habelə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etmək;
Şirkətə aid məxfi məlumatların qorunmasını təmin etmək, istifadəçi adları, şifrələr və
parolların məxfiliyini qorumaq.
Namizədə tələblər:
Ali təhsil;
Azərbaycan dilində sərbəst
danışıq və yazılı ünsiyyət bacarığı; rus və ingilis dili biliyi arzuolunandır;
Avtomobil satışı sahəsində minimum 2-3 il peşəkar iş təcrübəsi;
Satış proseslərinin qurulması və effektiv idarə olunması bacarığı;
MS Office proqramları və 1C ilə işləmə bacarığı;
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Müştəriyönümlü yanaşma, yüksək məsuliyyətlilik və punktuallıq;
Avtomobilin əsas texniki xüsusiyyətləri və cihazları haqqında ümumi
məlumatlılıq;
Komandada işləmək və yüksək müştəri xidməti standartlarına
riayət etmək bacarığı.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Satış üzrə nenecer" qeyd
edərək Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
