Vakansiya haqqında
“Azera Holdinq”in tərkibində fəaliyyət
göstərən “Tranzit Store Az ” MMC Baş mühasib vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
Gündəlik əsasda aparılan əməliyyatların ilkin sənəd əsasında sistemdə təsdiq
etmək;
Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların
mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim
edilməsini təşkil və nəzarət etmək;
Daxil olan və çıxan pul vəsaitinin
uçotunu aparmaq, mühasibat uçotu hesablarında onların hərəkətini göstərmək, xərclər smetasını hazırlamaq,
xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət
etmək;
Xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən
əsaslandırılmış tərtib etmək;
Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə
məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları tərtib və nəzarət etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək
haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına
nəzarət etmək;
Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati
təsərrüfat və digər xərclərin, debitor borclarının, müvafiq hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsini
təmin etmək;
Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt
ərzində verilməsinə nəzarət etmək;
Müştərilərdən köçürmə yolu ilə
Cəmiyyətin hesabına daxil olan pul vəsaitlərin sistemə daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət
etmək;
Ödənişlər zamanı köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və
digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin
etmək;
Proqram təminatına məlumatların daxil
edilməsi
Holdinq tərəfindən təqdim edilmiş maliyyə hesabatlarının
hazırlanması
Tələblər:
Ali (maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat üzrə)
PMS sertifikatının olması üstünlükdür
İş təcrübəsi
minimum 3 il
Azərbaycan dili əla,rus dili
üstünlükdür
Kompyuter proqramları biliyi: MS Office proqramlarını yüksək
səviyyədə bilməlidir. 1c 8.3
Dürüst, etibarlı,
məsuliyyətli
Bəy namizədlər
Biz təklif edirik
Əmək haqqı: 1800-2000 AZN (Nett)
İş yeri: Hökməli qəsəbəsi
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tranzit Store Az MMC
Baş mühasib” qeyd etməklə,Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
