Vakansiya haqqında
Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən
etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş çeşiddə balıq və
digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri məmnuniyyətini əsas prioritet hesab
edir.
Əmək funksiyaları:
Xarici bazarların sistemli və davamlı şəkildə araşdırılmasını həyata keçirmək, yeni
və potensial təchizatçıları müəyyən etmək və onların kommersiya imkanlarını qiymətləndirmək.
Qida Təhlükəsizliyi agentliyində sənədlərin qeydiyyatının aparılması.
Potensial və mövcud təchizatçılarla rəsmi danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini
razılaşdırmaq və şirkətin maraqlarını təmin etmək.
Təchizatçılardan
qiymət təkliflərini toplamaq, onların müqayisəli təhlilini aparmaq və əsaslandırılmış seçim üzrə rəhbərliyə
təqdimatlar hazırlamaq.
Təchizat müqavilələrinin hazırlanması,
razılaşdırılması və bağlanması prosesində iştirak etmək, müqavilə şərtlərinə riayət olunmasına nəzarət
etmək.
Sifarişlərin vaxtında yerləşdirilməsini təmin etmək və icra
prosesinə sistemli nəzarət həyata keçirmək.
İdxal prosesinin bütün
mərhələlərini (logistika, daşınma, sığorta, gömrük sənədləşməsi və digər əlaqəli prosedurlar) koordinasiya etmək və
prosesin qanunvericiliyə uyğun icrasını təmin etmək.
Təchizat
müddətlərinə və təsdiq edilmiş çatdırılma qrafiklərinə riayət olunmasına nəzarət etmək, mümkün gecikmələrin
qarşısını almaq üçün operativ tədbirlər görmək.
Ödəniş əməliyyatlarını
maliyyə şöbəsi ilə əlaqələndirmək, müqavilə şərtlərinə uyğun olaraq ödənişlərin vaxtında icrasını təmin
etmək.
Alternativ təchizat kanallarını araşdırmaq, potensial riskləri
təhlil etmək və risklərin minimallaşdırılması istiqamətində təkliflər hazırlamaq.
Aylıq və rüblük satınalma və idxal fəaliyyətinə dair hesabatlar hazırlamaq və rəhbərliyə
təqdim etmək.
Bazar qiymətlərinin dinamikasını mütəmadi izləmək, analitik
təhlillər aparmaq və rəhbərliyə əsaslandırılmış təkliflər vermək.
Tələblər:
Ali təsil
Azərbaycan və rus və ingilis
dillərində səlis danışıq və yazı bacarığı
Ünsiyyət və problem həll
etmə bacarığı
Stressə davamlılıq və komandada işləmək
bacarığı
Ofis proqramları ilə işləmə
bacarığı
İş şəraiti:
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə
Karyera inkişaf imkanı
Mehriban və peşəkar
komanda
Əmək haqqı 1500 AZN
Maraqlanan namizədlər CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində “İdxal üzrə menecer” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
