Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Havalandırma, isitmə - soyutma ,
su kanalizasya və yanğın (Sulu söndürmə) sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak
etmək;
Bina və obyektlərdə
havalandırma, isitmə - soyutma və yanğın (Sulu söndürmə) sistemlərin quraşdırma işlərini layihələndirmək,
təkmilləşdirmə işlərini aparmaq;
İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə
uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq;
Avadanlıqların seçilməsi, avadanlıqların (yük
hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini
aparmaq;
Tamamlanmış
quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata
geçirmek;
Sahə səfərlərinə
getmək, BOQ və Qüsur aktı hazırlamaq,
Görülmüş işlər üzrə Forma 2 və son layihələrin
hazırlamaq,
Layihələndirmə
tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə
etmək;
Layihələndirmə üzrə
layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak
etmək;
Müxtəlif təyinatlı
tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları
hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına
göndərmək;
Layihə sənədləri
üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra
qədər işləməsinə nəzarət və təsdiq etmək;
İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə
təmin etmək;
Təsdiq olunmuş
layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata
keçirmək;
Faktiki işlərin
gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti
şöbələrə məlumat vermək;
Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı
sənədləri hazırlamaq;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və
digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və
layihə üçün vaxt planının müəyyən edilməsi;
Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza
idarəsinə təhvil verərək, layihəni müdafiə etmək;
Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2,
Smeta və.s);
Layihələrin
müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.
Rəhbərliyin HVAC sistemlərinin fəaliyyəti ilə bağlı
verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
HVAC mühəndisi ixtisası üzrə ali təhsil; (
Kommunikasiya sistemləri mühəndisliyi, İstilik,
Ventilyasiya, Kondisionerləşdirmə və
Santexnika)
MS office və
AutoCAD proqramlarını əla səviyyədə bilməli;
Sahə üzrə minimum 3-5 il təcrübə;
Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili
yaxşı səviyyədə;
VRF (VRV),
Çiller, Qazanxana və havalandırma və santexnika sistemləri üzrə biliklərin olması;
Sahə işlərinə və ezamiyyətlərə hazır
olmaq;
Şərtlər:
Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç.
51K;
İş rejimi: 6
günlük iş həftəsi;
Korporatov nömrə;
Əmək haqqı: 2000 - 2300 AZN (namizədin bilik və bacarıqlarına əsasən
dəyişir) ediləcək-yüksəkdir;
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər
mövzu yerində “HVAC sistemləri üzrə mühəndis” qeyd edərək, öz CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər;
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət
olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
