Vakansiya haqqında
Peşəkar bacarıqlarına güvənən, özünü inkişaf etdirməyə maraqlı və dinamik iş mühitində
uğur qazanmaq istəyən namizədləri “Main Steel” komandasının bir parçası olmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
Mühasibat uçotunun qüvvədə olan qanunvericiliyə uyğun təşkili və
aparılması;
İlkin mühasibat sənədlərinin (qaimə, hesab-faktura, akt və
s.) qəbul edilməsi və yoxlanılması;
Gəlir və xərclərin uçotunun
aparılması;
Elektron qaimə-fakturaların tərtibi və
uçotu;
İşçilərin əmək haqqısının hesablanması (zərurət
yarandıqda);
Məzuniyyət, xəstəlik vərəqəsi və digər ödənişlərin
hesablanması(zərurət yarandıqda);
Bank köçürmələrinin hazırlanması və
icrası;
Debitor və kreditor borclarının uçotu və
nəzarəti;
Qarşılıqlı hesablaşmaların uzlaşdırılması;
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq sahəsi üzrə);
Müvafiq sahə üzrə min. 2-3 il iş təcrübəsi
MS
Office proqramlarında işləmək bacarığı;
ERP sistemində (Odoo) işləmək
bacarığı üstünlükdür;
Online kargüzarlıq və e-qaime portallardan istifadə
etmə bacarığı;
Maliyyə və mühasibatlıqla bağlı qanunvericiliyi
bilməli;
Səlis Azərbaycan dili biliyi;
Analitik düşünmə qabiliyyəti;
Komandada işləmək
bacarığı;
Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra
olunması;
Xahiş edirik, yalnız Hacıqabul, Navahı ərazisində yaşayan
namizədlər müraciət etsinlər.
İş şəraiti:
İş qrafiki: həftə içi 5 gün, 08:00 - 17:00;
Şənbə və bazar istirahət günləri;
Nahar fasiləsi:
13:00 – 14:00.
Sizə nə təklif edirik?
Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Karyera və inkişaf perspektivləri;
Rəsmi dövlət
bayramları və xüsusi günlərdə istirahət;
Nahar şirkət tərəfindən təmin
edilməsi.
Maraqlanan şəxslər öz CV-ləriniMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu
hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
