Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Sektorun fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və sektor adından sənədləri
imzalayır;
Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır,
onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət
edir;
Öz fəaliyyəti üzrə kadrların seçilməsində və yerləşdirilməsində
iştirak edir;
Müvafiq sahədə tariflərin (qiymətlərin) iqtisadi cəhətdən
əsaslılığı, səmərəliliyi və bazarın tənzimlənməsi baxımından optimallığının müəyyənləşdirilməsi üçün araşdırmalar
aparır, subyektlərin tarifləri barəsində qabaqcıl təcrübəyə əsaslanmış hesabatlar hazırlayır və təkliflər
verir;
Elektrik və istilik enerjisi, habelə qaz təchizatı üzrə
qiymətlərin (tariflərin) tənzimlənməsi məsələləri ilə bağlı xarici ölkələrin qabaqcıl təcrübəsini
öyrənir;
Müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin maliyyə
hesabatlarını təhlil edir, layihələrin (investisiyaların) rentabelliyini qiymətləndirir;
Müvafiq sahədə tarif (qiymət) siyasəti ilə bağlı təkliflər verir;
Müvafiq sahədə tarif (qiymətqoyma) modellərinin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı
tədbirlər görür;
Enerji sahəsində iqtisadi siyasətin
formalaşdırılmasına dair təkliflər hazırlayır və qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməsini
Agentliyin Aparatının struktur bölmələri ilə birgə təmin edir;
Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə
iştirak edir;
Enerji xidmətlərinin göstərilməsi zamanı tariflərin düzgün
tətbiq edilməsinə Agentliyin aidiyyəti şöbələri ilə birlikdə nəzarət edir;
Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin
edir;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar
hazırlayır;
Şöbə müdirinə və şöbə üzrə Kuratora hesabat
verir.
Tələblər:
“İqtisadiyyat və idarəetmə ixtisasları qrupu” istiqamətləri üzrə ali təhsili və
ixtisas profilinə uyğun 4 ildən az olmayan iş təcrübəsi;
Yaş həddi 25-45
aralığı;
İqtisadi təhlil və ekonometrik modelləşdirmə
bacarığı;
Microsoft Office proqramı üzrə hesabatları və təqdimatları
yüksək səviyyədə hazırlamaq bacarığı;
Azərbaycan dilini səlis, ingilis
dili yüksək səviyyədə bilməli və rus dili arzu olunandı;
Fikrini
düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Maliyyə
Hesabatlarının Beynəlxalq Standarları və Korporativ Maliyyə sahəsi üzrə orta səviyyədə biliklərə malik
olmalıdır;
İFRS və Korporativ Maliyyə sahəsi üzrə yüksək səviyyədə
biliklərə malik olmalıdır
ACCA, CFA və ya digər beynəlxalq maliyyə
sertifikatlarının olması arzuolunandır
Digər:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini (Cv-lərini)Müraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın
adını (İqtisadi təhlil, tarif və statistika şöbəsi, İqtisadi təhlil və statistika sektoru – Sektor
müdiri) qeyd edin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
