Vakansiya haqqında
Təsvir
Stress testlərin həyata keçirilməsində iştirak (ölkə üzrə makro datanın və
bankdaxili datanın toplanılması, ssenarilərin seçilməsi və s. kimi olmaqla, prosesə sonadək dəstək
göstərilməsi);
GAP analizinin aparılmasında iştirak (datanın toplanılması
və hesabatın dövrü olaraq yenilənməsində dəstəyin göstərilməsi);
Ölkə və
dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənilməsi, dövrü hesabatlıq və müvafiq
rəyin hazırlanmasında iştirak;
Bankın maliyyə bazarlarında iştirakı ilə
bağlı dövrü fəaliyyətinə rəy verilməsində iştirak;
Bazar və likvidlik
risklərinin idarə edilməsi fəaliyyəti üzrə şöbənin gündəlik işinə müəyyən səviyyədə yardım
göstərmək.
Tələblər
Ali magistr təhsili (iqtisadi və ya maliyyə);
Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;
Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq
nəzəri və praktiki biliklər arzuolunandır);
Aktiv, passiv, kapitalın
strukturu, likvid və qeyri-likvid aktiv və öhdəliklər üzrə biliklər;
Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə nəzəri və praktiki
biliklər;
Maliyyə bazarlarının fəaliyyəti və qiymətli kağızlar haqqında
yetərli məlumatlılıq;
Bazar və likvidlik risklərinin idarə edilməsində
istifadə olunan hesabatlar haqqında məlumatlılıq və onların yenilənməsi bacarığı (LCR, GAP analizi və
s.);
Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları
haqqında biliklər;
Məntiqi mühakimə və operativ qərar qəbul etmə
bacarıqları;
Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək
xüsusiyyəti;
Riyazi, statistik və makroiqtisadi
biliklər;
Excel bilikləri vacibdir, Python və ya SQL bilikləri
arzuolunandır.
İngilis dili biliyi vacibdir, rus dili
arzuolunandır;
CFA və (və ya) FRM sertifikatları
arzuolunandır.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
