Vakansiya haqqında
ALARNA — mühasibat uçotunun avtomatlaşdırılması, eləcə də istehsal,
pərakəndə və maliyyə təşkilatları üçün
kompleks proqram həllərinin hazırlanması və tətbiqi sahəsində 20 ildən artıq təcrübəyə
malik konsaltinq şirkətidir.
Genişlənən komandamıza qoşulacaq, məsuliyyətli, peşəkar, inkişafa açıq mühasib köməkçisi
axtarırıq.
Vəzifə öhdəlikləri
İlkin mühasibat sənədlərinin hazırlanması, yoxlanılması və düzgün
rəsmiləşdirilməsi;
Elektron qaimə-fakturaların, hesab-fakturaların,
qəbzlərin, çeklərin və digər maliyyə sənədlərinin işlənilməsi, toplanması və
sistemləşdirilməsi;
Nağd və nağdsız ödəniş əməliyyatlarının düzgün və
operativ şəkildə həyata keçirilməsi;
Bank əməliyyatları, ödənişlər və
qarşılıqlı hesablaşmalar üzrə sənədlərin hazırlanması və icrasına dəstək göstərilməsi;
Debitor və kreditor borclarının uçotunun aparılmasına dəstək
göstərilməsi;
Mühasibat və kassa əməliyyatları üzrə məlumatların 1C
proqramına daxil edilməsi və düzgünlüyünün yoxlanılması;
Kassa qalığına
nəzarət edilməsi, kassadakı pul vəsaitlərinin və sənədlərin tamlığının təmin olunması;
Gündəlik və aylıq kassa hesabatlarının hazırlanması, müvafiq sənədləşmə işlərinin
aparılması;
Vergi uçotu və maliyyə hesabatlarının hazırlanmasında iştirak
edilməsi;
Maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və daxili
prosedurlara riayət olunması;
Mühasibat sənədlərinin sistemləşdirilməsi
və arxivləşdirilməsi;
Baş mühasibin tapşırıqlarının vaxtında, dəqiq və
məsuliyyətlə yerinə yetirilməsi.
Namizədə dair tələblər
Ali təhsil (mühasibat uçotu və audit, maliyyə və ya iqtisadiyyat ixtisasları
üstünlükdür);
Azərbaycan və rus dillərində mükəmməl yazılı və şifahi
ünsiyyət bacarığı (mütləqdir);
Müvafiq sahədə iş təcrübəsi 2-3
il;
MS Office proqramları (xüsusilə Excel) üzrə yüksək səviyyədə
bilik;
1C proqramında işləmək bacarığı;
Mühasibat uçotu standartları və maliyyə prosedurlarını bilmək;
Maliyyə hesabatları, büdcələmə, vergi uçotu və audit sahəsində
məlumatlılıq;
Analitik düşüncə, dəqiqlik və detallara
diqqət;
Məsuliyyətlilik, operativlik və komandada işləmək
bacarığı;
Müştərilərlə ünsiyyət qurmaq, onların tələbat və tələblərini
öyrənmək, sifarişləri qəbul etmək və icrasını təmin etmək bacarığı.
Şirkət tərəfindən təklif olunur
Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və təcrübə qazanmaq imkanı;
Peşəkar
və dəstəkləyici iş mühiti;
Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun
olaraq müsahibə zamanı müzakirə olunur;
İş qrafiki: Bazar ertəsi – Cümə,
09:00–18:00.
Maraqlanan namizədlər
öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
