Vakansiya haqqında
Əsas Tələblər
Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali
təhsil;
Büdcələmə, maliyyə hesabatlılığı və ya idarəetmə uçotu sahəsində
minimum 3 il, aparıcı vəzifədə minimum 1 il iş təcrübəsi;
Azərbaycan
Respublikasının Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu üzrə qanunvericiliyi üzrə
biliklər;
Maliyyə hesabatlarının hazırlanması və büdcə nəzarəti üzrə
praktiki təcrübə;
Analitik düşüncə, məlumatların təhlili, problem həll
etmə və operativ qərarvermə bacarığı;
MS Excel (Advanced), ERP sistemləri
üzrə yüksək səviyyədə bilik;
Yüksək məsuliyyətlilik, dəqiqlik və komanda
ilə işləmək bacarığı.
PMS sertifikatı
arzuolunandır;
Əsas Vəzifə Öhdəlikləri:
Şirkətin gündəlik maliyyə əməliyyatlarının ERP sistemində düzgün və vaxtında uçotda
əks etdirilməsini təmin etmək.
Aylıq xərclərin uçotunu aparmaq, ay
bağlanışı prosesini icra etmək və xərc analizi hesabatlarını hazırlamaq.
Maliyyə hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Şirkətin pul vəsaitlərinin qalıqları haqqında məlumatları hazırlamaq və təqdim
etmək.
Ödənişlərin planlaşdırılmasını və vaxtında icrasını təmin
etmək.
Rəsmi (Vergi, Statistik, DSMF və digər aidiyyəti qurumlar)
hesabatlarını hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək.
Üzləşmələri aparmaq və uyğunsuzluqları araşdırmaq.
Büdcənin hazırlanması prosesində iştirak etmək, büdcənin icrasına və büdcə limitlərinə
nəzarəti həyata keçirmək, büdcə-fakt analizlərini hazırlamaq və kənarlaşmaların səbəblərini
araşdırmaq.
İş fəaliyyəti ilə bağlı rəhbərlik tərəfindən verilən digər
tapşırıqları yerinə yetirmək.
İş Şərtləri
İş məkanı: Azure Plaza
Əmək haqqı:
Namizədin bilik və təcrübəsinə əsasən razılaşma yolu ilə
İş rejimi: 5 gün
(Həftəiçi)
Nahar: Təmin edilir
Servis xidməti Mövcuddur
Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Büdcə və
mühasibat uçotu üzrə aparıcı mütəxəssis” qeyd etməklə öz CV-formalarınıMüraciət etdüyməsində qeyd olunan elektron
poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
