Vakansiya haqqında
İş yeri: Qarabağ və regionlar
Vəzifə öhdəlikləri
Şirkətə məxsus bütün nəqliyyat vasitələrinin və xüsusi texnikaların işinə nəzarətin
həyata keçirilməsi;
Nəqliyyat vasitələrinin və texnikaların texniki
vəziyyətinin mütəmadi yoxlanılmasının təşkili;
Aşkar olunan texniki
nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması prosesinin koordinasiyası;
Nəqliyyat vasitələrinin texniki baxış, təmir və texniki xidmət qrafiklərinin hazırlanması və
icrasına nəzarət;
Yanacaq sərfiyyatının, yürüş göstəricilərinin və
nəqliyyat vasitələrinin istifadə vəziyyətinin izlənilməsi;
Sürücülərin
fəaliyyətinin və nəqliyyat vasitələrinin təyinatı üzrə istifadəsinin koordinasiyası;
Ehtiyat hissələrinə və texniki xidmətə olan ehtiyacların
müəyyənləşdirilməsi;
Nəqliyyat vasitələri və xüsusi texnikalar üzrə
müvafiq sənədləşmə və hesabatların aparılması;
Nəqliyyat vasitələrinin və
tikinti texnikalarının fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.
Tələblər
Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
Nəqliyyat vasitələri və xüsusi texnikaların texniki quruluşu, iş prinsipi və istismar
qaydaları haqqında biliklər;
Yük avtomobilləri, minik avtomobilləri,
ekskavator, buldozer, avtokran və digər tikinti texnikaları barədə praktiki biliklərin olması;
Texniki nasazlıqları ilkin mərhələdə müəyyənləşdirmək və onların aradan qaldırılması prosesini
təşkil etmək bacarığı;
Nəqliyyat və ya texniki xidmət sahəsində iş
təcrübəsi;
MS Office proqramlarında işləmək
bacarığı;
Məsuliyyətlilik, operativlik, təşkilatçılıq və komanda ilə
işləmək bacarığı;
Regionlarda və zərurət yarandıqda Qarabağ bölgəsində
işləmək imkanı.
Üstünlük: Tikinti şirkətlərində nəqliyyat vasitələri və xüsusi
texnikaların idarə olunması, istismarı və texniki xidmətinin təşkili sahəsində təcrübəsi olan namizədlərə üstünlük
verilir.
CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərərkən mövzu hissəsində
“Nəqliyyat üzrə koordinator” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
