Vakansiya haqqında
Şirkət: “VLand Systems” MMC (əvvəlki adı “STP Metal Structures”
MMC)
Vəzifə öhdəlikləri:
Material qiymətlilərinin (yanacaq, xammal,
yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s.) müəssisədaxili prosedurlara uyğun qəbulunu,
saxlanılmasını və anbardan buraxılmasını təmin etmək və nəzarətdə saxlamaq;
Mədaxil, saxlama və məxaric sənədlərinin həm ERP
sistemində, həm də kağız formada qaydalara uyğun rəsmiləşdirilməsini təmin etmək və buna nəzarət
etmək;
Qəbul edilən
qiymətlilərin müşayiətedici sənədlərə uyğunluğuna və sifarişlər üzrə komplektləşdirilməsinə nəzarət
etmək;
Minimal anbar
qalıqlarını (yenidən sifariş nöqtələrini) müəyyən etmək və ehtiyatların bu səviyyədən aşağı düşməməsini təmin
etmək;
Anbarda SƏTƏM
tələblərinə riayət olunmasını təmin etmək; yanğınsöndürmə ləvazimatlarının, yanğından mühafizə sisteminin, avadanlıq
və inventarın saz vəziyyətinə və vaxtında təmirinə nəzarət etmək;
Yükləmə-boşaltma və yerləşdirmə işlərini təşkil etmək
və onlara nəzarət etmək;
Aylıq sayımların aparılmasını və aktlaşdırılmasını təmin
etmək;
Daxili əmrlərə
əsasən əmtəə-maddi sərvətlərin inventarizasiyasında iştirak etmək;
Nasaz alətlər və cihazlar üzrə qüsur cədvəllərinin,
onların təmiri və silinməsi, həmçinin materialların çatışmazlığı və korlanması barədə aktların düzgün tərtibinə
nəzarət etmək;
Anbar
işçilərinə rəhbərlik etmək, onların səriştəsini mütəmadi qiymətləndirmək və inkişafı üçün tədbirlər
görmək;
Anbar
əməliyyatlarının düzgün və səmərəli idarə olunması üçün prosedur və qaydaları
hazırlamaq;
Şirkət
rəhbərliyinə mütəmadi olaraq hesabatlar və səmərələşdirici təkliflər təqdim etmək.
Namizədə aid tələblər:
Ali və ya orta ixtisas təhsili (müvafiq sahə üzrə üstünlükdür);
Müvafiq sahədə rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi;
ERP sistemlərində (1C, Logo Tiger, Odoo və s.) iş təcrübəsi;
Anbar biznes proseslərini və prosedur qaydalarını tərtib etmək bacarığı;
Effektiv qərarvermə bacarığı;
Komanda idarəetməsi,
heyəti motivasiya etmək və idarə etmək bacarığı;
Fərdi və komanda
şəklində səmərəli işləmək, ünsiyyət və planlama bacarıqları;
Diqqətlilik,
məsuliyyətlilik və operativlik.
İş şəraiti:
5 günlük iş
qrafiki;
İş yeri: Sumqayıt
şəhəri;
Könüllü tibbi
sığorta;
Korporativ
nömrə;
Nahar və nəqliyyat
şirkət tərəfindən təmin olunur;
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müəyyən
ediləcək.
Tələblərə uyğun namizədlər CV formalarınıMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına, mövzu hissəsinə “Anbar meneceri” yazaraq göndərə
bilərlər. Yalnız tələblərə uyğun namizədlər müsahibəyə dəvət olunacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
