Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil (İT, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və ya əlaqəli
sahədə);
İnformasiya təhlükəsizliyi və ya İT sahəsində ən azı 3 il iş
təcrübəsi;
İnformasiya təhlükəsizliyinin idarə edilməsi, risklərin
qiymətləndirilməsi, Risk Register, uyğunluq və istisnaların idarə edilməsi prinsiplərini
bilmək;
Azərbaycan Mərkəzi Bankının informasiya təhlükəsizliyi üzrə
tələblərini, CIS Controls və COBIT-i bilmək, ISMS/İTİS prinsiplərini anlamaq;
Daxili və xarici auditlərin müşayiəti, evidence-lərin hazırlanması və remediation
tədbirlərinin izlənilməsi üzrə təcrübə;
IAM, SoD, Least Privilege,
Incident və Vulnerability Management, fərdi və konfidensial məlumatların qorunması prinsiplərini
anlamaq;
SIEM və DLP ilə praktiki iş bacarığı, həmçinin EDR/Endpoint
Security, Active Directory, Firewall/VPN və Network Security üzrə anlayış;
Yeni sistem, layihə və inteqrasiyaları informasiya təhlükəsizliyi baxımından qiymətləndirmək
və riskləri müəyyən etmək bacarığı;
Azərbaycan dilini sərbəst, ingilis
dilini yaxşı səviyyədə bilmək, rus dili biliyi arzuolunandır;
Yüksək
analitik və kommunikativ bacarıqlar, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
İnformasiya təhlükəsizliyi üzrə siyasət, prosedur, reyestr və digər daxili
sənədlərin hazırlanması və aktuallaşdırılmasında iştirak etmək;
İnformasiya təhlükəsizliyi risklərini müəyyən etmək və qiymətləndirmək, Risk Register-i
aparmaq və risklərin emalı tədbirlərini izləmək;
Azərbaycan Mərkəzi
Bankının tələbləri, CIS Controls, COBIT və digər tətbiq olunan tələblər üzrə uyğunluq və ISMS/İTİS proseslərində
iştirak etmək;
Daxili və xarici auditləri müşayiət etmək, evidence-ləri
hazırlamaq və remediation tədbirlərinin icrasını izləmək;
SIEM və DLP
hadisələrini monitorinq və təhlil etmək, təhlükəsizlik insidentlərini araşdırmaq və zəruri hallarda eskalasiya
etmək;
IAM, SoD və Least Privilege prinsiplərinə uyğun olaraq giriş
hüquqlarının idarə edilməsinə nəzarət etmək;
Zəifliklərin idarə edilməsi
və fərdi/konfidensial məlumatların qorunması proseslərində iştirak etmək;
Yeni sistem, layihə, inteqrasiya və üçüncü tərəfləri informasiya təhlükəsizliyi baxımından
qiymətləndirmək;
Security Awareness tədbirlərində iştirak etmək və
informasiya təhlükəsizliyi üzrə rəhbərliyə hesabatlar hazırlamaq;
IT,
Legal, HR, Risk, biznes bölmələri, auditorlar və təchizatçılarla informasiya təhlükəsizliyi məsələləri üzrə
qarşılıqlı fəaliyyət göstərmək.
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş
saatları: 08:30–17:30;
İş yeri: Port Baku Tower 2;
Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə
“İnformasiya Təhlükəsizliyi üzrə Məsul şəxs” yazaraqMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərmələri
və yahttps://careers.ram.az/?vacancy=2619&source=UC_HBS8ZIlinki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
