Vakansiya haqqında
Vəzifənin məqsədi
Layihə üzrə iş qrafiklərinin hazırlanması, faktiki icranın planla müqayisəli
izlənilməsi, gecikmələrin müəyyən edilməsi və layihə sənədlərinin sistemli şəkildə idarə olunmasını təmin etmək.
Layihə Menecerini planlaşdırma, hesabatlılıq və sənədlərə nəzarət sahələrində dəstəkləmək.
Əsas vəzifə və öhdəliklər
Planlaşdırma və layihə nəzarəti
Layihənin ümumi və detallı iş qrafiklərini hazırlamaq və mütəmadi
yeniləmək.
Tikinti işlərinin ardıcıllığını, müddətlərini, asılılıqlarını
və əsas mərhələlərini müəyyən etmək.
Faktiki görülmüş işləri plan
göstəriciləri ilə müqayisə etmək və gecikmələri müəyyənləşdirmək.
Həftəlik və aylıq irəliləyiş hesabatlarını, plan-fakt müqayisələrini və proqnozları
hazırlamaq.
Layihənin gecikmə risklərini müəyyən etmək, bərpa
qrafiklərinin hazırlanmasında iştirak etmək.
Materialların,
avadanlıqların və subpodratçı işlərinin qrafiklə əlaqələndirilməsinə dəstək göstərmək.
Sahədən məlumatları toplamaq, yoxlamaq və layihənin faktiki vəziyyətini əks etdirən hesabatlar
hazırlamaq.
Sənədlərə nəzarət (Document Control)
Layihə sənədlərinin qeydiyyatını aparmaq və sənədlərin reyestrini (Document
Register) aktual saxlamaq.
Çertyojların, texniki sənədlərin, Icra
Metodologiyalarının, ITP, material təsdiqlərinin və digər təqdimatların statusunu izləmək.
Sənədlərin sifarişçiyə, layihəçiyə və digər tərəflərə vaxtında təqdim olunmasını və cavabların
izlənilməsini təmin etmək.
Sənədlərin versiyalarına və reviziyalarına
nəzarət etmək, köhnəlmiş sənədlərin istifadəsinin qarşısını almaq.
Gündəlik hesabatları, iclas protokollarını, yazışmaları və digər layihə qeydlərini sistemli
şəkildə arxivləşdirmək.
Gizli iş aktları, sınaq protokolları, icra
sənədləri və As-Built çertyojlarının statusunu izləmək.
Layihənin
təhvil-təslimi üçün tələb olunan sənədlərin toplanmasını və yekun sənədləşmənin tamamlanmasını koordinasiya
etmək.
Namizədə tələblər
Tikinti mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali
təhsil.
Tikinti layihələrində planlaşdırma, layihə nəzarəti üzrə minimum
2–3 il iş təcrübəsi.
Sənədlərin idarə edilməsi və nəzarəti prosesləri
üzrə bilik və təcrübəyə malik olmaq.
Tikinti prosesləri, iş ardıcıllığı
və layihə sənədləri haqqında praktiki biliklər.
MS Office proqramlarında
yaxşı işləmək bacarığı.
MS Project və ya Primavera P6 proqramları ilə
işləmək bacarığı.
Sənədlərin qeydiyyatı, versiya nəzarəti və hesabatların
hazırlanması üzrə bacarıqlar.
Azərbaycan dilində sərbəst yazılı və şifahi
ünsiyyət bacarığı; ingilis dilini bilmək üstünlükdür.
Yüksək dəqiqlik,
sistemlilik, analitik düşüncə və vaxtın düzgün idarə olunması.
Sahə
komandası, Layihə Meneceri, mühəndislər və sifarişçi nümayəndələri ilə effektiv koordinasiya
bacarığı.
İş şəraiti
Peşəkar komandada işləmək və tikinti layihələrinin idarə edilməsində iştirak
imkanı.
Təcrübə və bacarıqlara uyğun əməkhaqqı.
Peşəkar inkişaf və praktiki təcrübənin artırılması imkanı.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
