Vakansiya haqqında
Təsvir
Müştərilərin görmə qabiliyyətinin yoxlanılması və refraktometriya müayinəsinin
aparılması;
Müayinə nəticələrinə əsasən eynək və kontakt linzaların
istifadəsi üçün müvafiq reseptlərin tərtib edilməsi;
Müştərilərin görmə
xüsusiyyətlərinə və ehtiyaclarına uyğun kontakt linzaların seçilməsi;
Kontakt linzaların düzgün taxılıb-çıxarılması, istifadəsi və gigiyena qaydaları barədə
müştərilərə təlimatların verilməsi;
Müştərilərə görmə korreksiyası
vasitələrinin düzgün istifadəsi və qulluq qaydaları barədə məlumat verilməsi;
Müayinə nəticələrinin və tərtib edilmiş reseptlərin müvafiq qaydada
sənədləşdirilməsi;
Tibbi etika, pasiyent təhlükəsizliyi və peşə
standartlarına riayət edilməsi.
·Rəhbərlik və ya məsul şəxsin verdiyi
digər tapşırıqların icra edilməsi.
Tələblər
Müvafiq ali tibbi təhsil və həkim-oftalmoloq ixtisası üzrə
kvalifikasiya;
Səlis azərbaycan dili biliyi, rus dili biliyi
üstünlükdür;
Oftalmoloji müayinələrin, o cümlədən refraktometriyanın
aparılması üzrə bilik və təcrübə mütləqdir;
Eynək və kontakt linzalar
üçün reseptlərin tərtib edilməsi və uyğun linzaların seçilməsi bacarığı mütləqdir;
Pasiyentlərlə düzgün ünsiyyət qurmaq və müvafiq tövsiyələr vermək
bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komandada işləmək
bacarığ.
İş şəraiti:
İş şəraiti : Növbəli.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
