Vakansiya haqqında
Brand Credit BOKT komandamıza qoşulacaq, müştərilərlə işləməyi bacaran,
satış yönümlü və nəticəyönümlü Kredit Mütəxəssisi axtarır!
Maliyyə sahəsində təcrübəniz, müştəri portfeliniz və satış bacarıqlarınız varsa,
karyeranızı bizimlə inkişaf etdirmək fürsətini qaçırmayın!
İş şəraiti
İş yeri: Bakı (Baş ofis) və Bərdə şəhər
filialı
Əmək haqqı: 450–1000 AZN (bilik, təcrübə və
nəticələrdən asılı olaraq)
İş qrafiki: Bazar ertəsi –
Cümə, saat 09:00–18:00
İstirahət günləri: Şənbə və
bazar
Vəzifə öhdəlikləri
Yeni müştərilərin cəlb edilməsi və aktiv satış fəaliyyətinin həyata
keçirilməsi;
Mövcud müştərilərlə əlaqələrin qorunması və müştəri
bazasının genişləndirilməsi;
Müştərilərə kredit məhsulları, şərtləri və
müraciət prosesi barədə ətraflı məlumat verilməsi;
Kredit müraciətlərinin
qəbulu, ilkin qiymətləndirilməsi və müştərilərin ödəmə qabiliyyətinin təhlili;
Girovun dəyərləndirilməsi və kredit risklərinin müəyyənləşdirilməsi;
Kredit sənədlərinin düzgün və tam hazırlanmasının təmin edilməsi;
Kredit portfelinin formalaşdırılması, idarə olunması və ödənişlərə nəzarət
edilməsi;
Müəyyən edilmiş satış və kredit hədəflərinin yerinə
yetirilməsi;
Şirkətin daxili qaydalarına, kredit siyasətinə və xidmət
standartlarına riayət olunması.
Namizədə tələblər
Yaş həddi: 20–35
Ali və
ya orta ixtisas təhsili;
Kredit və ya maliyyə sahəsində minimum 1 il iş
təcrübəsi;
Mövcud müştəri bazasının və ya formalaşmış müştəri
əlaqələrinin olması;
Kredit məhsulları, maliyyə təhlili və kredit
riskləri haqqında biliklər;
Güclü ünsiyyət, təqdimat və müştərilərlə
işləmək bacarığı;
Satış yönümlü düşüncə və nəticə əldə etmək
istəyi;
Analitik düşünmə, operativlik və
məsuliyyətlilik;
MS Office proqramlarında işləmək
bacarığı;
Komandada işləmək və iş prosesini müstəqil təşkil etmək
bacarığı.
Biz nə təklif edirik?
Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul;
Bilik və nəticələrə uyğun əmək haqqı və bonus imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
Korporativ mühitdə bilik və təcrübənizi artırmaq imkanı.
Tələblərə uyğun olduğunuzu düşünürsünüzsə, CV-niziMüraciət etdüyməsində qeyd
olunan elektron poçt ünvanına göndərin.
Mövzu bölməsində “Kredit Mütəxəssisi” qeyd etməyiniz xahiş
olunur.
Brand Credit BOKT – Gələcəyinizi bizimlə qurun!
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
