Vakansiya haqqında
İşəgötürən: “GFC” MMC – KFC restoranlar şəbəkəsi
Namizədə aid tələblər:
Orta ixtisas və ya ali təhsilli olması;
Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi;
Səlis azərbaycan dili bilikləri;
Komandada işləmək
bacarığı;
Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və
məsuliyyətlilik;
Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq
bacarığı;
Rəhbərliyin əmrlərinin vaxtında və düzgün
icrası;
Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə
bacarığı;
AR SQ hərbi xidmət keçmiş olması
arzuolunandır.
Əsas vəzifə öhdəlikləri:
Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili
qaydalara əsasən qəbul etmək və təhvil vermək;
Restorana daxil olan və
çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər
təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin
etmək;
Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi
məlumatlandırmaq;
Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan
hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara
uyğun şəkildə nəzarətdə saxlamaq;
Zərurət yarandıqda qaydaları pozan və
ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət
etmək;
Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran
ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq
operativ xidmətləri çağırmaq;
Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və
təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;
Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat
təqdim etmək;
Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və
dəqiq icra etmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: Gecə növbəsi,növbəli;
Əmək haqqı - 660
Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Nəzarətçi”
qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
