Vakansiya haqqında
Honours Language Institute və Honours Coffee-nin sosial media hesablarını, həmçinin
Honours Academy-nin TikTok səhifəsini idarə edəcək SMM mütəxəssisi axtarırıq. Bu rolda əsas məsuliyyətiniz
brendlərin gündəlik həyatını, insanlarını və xidmətlərini təbii, maraqlı və auditoriyaya uyğun kontentə çevirmək
olacaq.
Əsas vəzifələr:
Kontent strategiyasına uyğun aylıq paylaşım planı hazırlamaq və icra
etmək;
Sosial media trendlərini izləmək, brendlərə uyğun ideya və
formatlar təklif etmək;
Tələbə həyatı, dil öyrənmə, coffee mədəniyyəti,
gündəlik səhnələr və sadə maarifləndirici mövzular üzrə kontent hazırlamaq;
Content Strategist & Creative Producer ilə ideyaları inkişaf etdirmək, təsdiqlənmiş məkan,
səhnə və kadr planına uyğun çəkilişləri həyata keçirmək;
Telefonla
keyfiyyətli şaquli videolar çəkmək, işıq, səs və kadr kompozisiyasına diqqət etmək;
CapCut və ya oxşar alətlərlə videoları montaj etmək, subtitr, musiqi və uyğun vizual
elementlər əlavə etmək;
Copywriter ilə əməkdaşlıq edərək paylaşım
mətnlərini hazırlamaq;
Story, Reels, TikTok və digər uyğun formatların
hazırlanmasını və paylaşılmasını təmin etmək;
Hazırlanan kontentin digər
brend kanallarında istifadəsi üçün komanda ilə koordinasiya qurmaq;
Baxış, izlənmə müddəti, paylaşım, yadda saxlama və digər uyğun göstəriciləri izləmək,
nəticələr əsasında təkliflər vermək;
Namizədə tələblər:
Sosial media hesablarının idarə edilməsi və qısa video hazırlanması üzrə praktik
təcrübə;
TikTok və Instagram formatlarını, auditoriya davranışını və
platformalara uyğun təqdimat üslubunu anlamaq;
Gündəlik situasiyalardan
maraqlı kontent ideyaları çıxarmaq bacarığı;
Telefonla çəkiliş və CapCut
və ya oxşar proqramlarda montaj bacarığı;
Videonun ilk saniyələrində
maraq yaratmaq, hadisəni aydın çatdırmaq və izləmə tempini qorumaq bacarığı;
Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət;
Brendin üslubunu qoruyaraq təbii və əyləncəli kontent hazırlamaq
bacarığı;
Planlı işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə
riayət etmək;
Şəxsi rolunu göstərən video nümunələri və ya
portfolio.
Üstünlük veriləcək:
Təhsil, dil tədrisi və ya qida-içki sektorunda kontent
təcrübəsinə;
İngilis dili biliyinə;
Eyni zamanda bir neçə sosial media hesabı ilə işləmək təcrübəsinə;
ClickUp və ya oxşar layihə idarəetmə alətlərindən istifadə bacarığına.
Komandada iş bölgüsü:
Kontent strategiyası və çəkilişin yaradıcı istiqaməti Content Strategist &
Creative Producer ilə birlikdə müəyyən edilir. SMM mütəxəssisi çəkilişi və sadə montajı həyata keçirir; mürəkkəb
dizayn və montaj işlərində dizaynerlərin dəstəyindən istifadə edir.
Kamera qarşısında ayrıca iştirakçılar yer alır. DM və şərhlərin cavablandırılması satış
komandası tərəfindən həyata keçirilir.
Vəzifə birbaşa Marketing Lead-ə
tabedir.
İş qrafiki:
Həftədə 5 iş günü və 2 istirahət günü;
Əsas iş saatları: 10:00–19:00;
İş və istirahət
günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda
istirahət günləri həftəiçinə təyin edilir;
Çəkiliş və tədbirlərin
vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən
paylaşılır.
Əməkhaqqı:
Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma
əsasında müəyyən ediləcəkdir.
CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “SMM Specialist —
Lifestyle & TikTok” qeyd edərəkMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Portfolioda təqdim etdiyiniz işlərdə ideya, çəkiliş, montaj və hesab idarəçiliyi üzrə
şəxsi rolunuzu qısa şəkildə qeyd edin.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
