Vakansiya haqqında
Təsvir
Məktəb binasına buraxılışa nəzarət etmək, kənar şəxslərin
binaya daxil olması ilə bağlı müvafiq vəzifəli şəxsə məlumat vermək. Zərurət olduğu halda
məlumat və icazə alınması məqsədilə məktəbin rəhbərliyinə müraciət etmək;
Nəzarət kameraları vasitəsilə obyektin daimi monitorinqini aparmaq;
Şübhəli halların və qayda pozuntularının vaxtında aşkarlamaq və rəhbərliyə
bildirmək;
Kamera sistemlərinin işlək vəziyyətinə nəzarət
etmək;
Kənar (üçüncü) şəxslərin, habelə valideynlərin icazəsiz
binaya daxil olmasına imkan verməmək;
Məktəbin əmlakını
və bütün növ inventarlarını nəzarətdə saxlamaq, qorumaq və zərurət yarandıqda inventar sayımınında iştirak
etmək;
Şəxslərin məktəb ərazisində bir-birilərinə münasibətdə
təhlükəsiz davranışına nəzarət etmək, münaqişə yarandıqda qarşısını almaq, məktəb daxilində digər
nizam-intizam qaydalarının pozulmasını müəyyən etdikdə bu barədə birbaşa rəhbərinə məruzə
etmək;
Fövqəladə hallar zamanı Yanğından mühafizə və
texniki-təhlükəsizlik qaydaları haqqında təlimata (LS-AD-T-03) uyğun olaraq
“Yanğın Marşal”ının vəzifəsini öz üzərinə götürmək və tam dəqiqliklə icra etmək;
Birbaşa
rəhbərin müvafiq göstərişlərini yerinə yetirmək;
Məktəbin həyata keçirdiyi ictimai-mədəni tədbirlərdə iştirak etmək.
Tələblər
Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
Müşahidə sistemləri ilə işləmə bacarığı.
Xanım
namizədlərə üstünlük veriləcəkdir.
Biz nə təklif edirik:
İş yeri: LANDAU School Zabitlər/Gənclik kampusu;
6 günlük qrafik;
Azərbaycan Respublikası Əmək
Məcəlləsinə uyğun sənədləşmə;
Landau School-da uşaqların təhsilində
xüsusi endirimlər.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
