Vakansiya haqqında
Təsvir
İdarə Heyətinin üzvünü gündəlik iş qrafikinə, görüşlərinə, iclaslarına və digər
rəsmi tədbirlərinə uyğun olaraq müəyyən edilmiş vaxtda və ünvanda qarşılamaq, təyinat nöqtəsinə təhlükəsiz və
vaxtında çatdırmaq;
Təhlükəsizlik qayda və proseduralarına əsasən icazə
verilən marşrutlarla sürmək;
İdarə Heyətinin üzvünün səfərləri zamanı
eşidilən və ya məlum olan xidməti, kommersiya və digər məxfi məlumatların konfidensiallığını qorumaq, bu məlumatları
səlahiyyətsiz şəxslərlə müzakirə etməmək və paylaşmamaq;
Həvalə olunmuş
nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək, yağı, suyu, akkumulyatoru, əyləcləri, şinləri və
s. yoxlamaq, kiçik təmir işlərini öz üzərinə götürmək, təmir üçün vaxtında müraciət etmək, nəqliyyat
vasitəsinin təmiz saxlanmasını təmin etmək;
Rəsmi səfərləri, gündəlik
qaçış, yanacaq sərfiyatı, yağlama və yağ dəyişməni qeyd etməklə, müvafiq sənədlər hazırlamaq;
Yol-nəqliyyat hadisəsi, avtomobil nasazlığı və ya digər fövqəladə hal baş verdikdə müvafiq
təhlükəsizlik tədbirlərini görmək, aidiyyəti şəxsləri və birbaşa rəhbəri dərhal
məlumatlandırmaq;
Avtomobilin təhlükəsiz və düzgün idarə olunması üçün
avtomobilin xüsusi əməliyyat kitabçasını oxuyub anlamaq.
Tələblər
Təhsil: Orta təhsil;
İş təcrübəsi:
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.Rəhbər şəxslərə və ya korporativ müştərilərə sürücülük xidmətinin
göstərilməsi sahəsində təcrübə üstünlükdür;
Lisenziya/ Sertifikat:
Sürücülük vəsiqəsi;
Xarici dil: İngilis dili (ünsiyyət
səviyyəsində);
Kompüter bilikləri: Naviqasiya tətbiqlərindən və mobil
rabitə vasitələrindən istifadə bacarığı;
Digər: Yüksək ünsiyyət
mədəniyyəti, nəzakətlilik, səbir və fərqli situasiyalarda peşəkar davranış.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
