Vakansiya haqqında
Təlimçinin əsas vəzifəsi satış məsləhətçilərinə saç, dəri, bədən qulluğu və kosmetika
kateqoriyalarında məhsulların tərkibi, xüsusiyyətləri, istifadə qaydaları və müştəriyə düzgün təqdim olunması barədə
nəzəri və praktiki biliklər qazandırmaqdır.
Vəzifə öhdəlikləri:
Satış məsləhətçiləri üçün məhsul bilikləri üzrə təlimlərin hazırlanması və
keçirilməsi;
Məhsulların tərkibinin və aktiv komponentlərinin izah
edilməsi;
Aktiv inqrediyentlərin funksiyaları, faydaları və uyğun olduğu
məhsul ehtiyaclarının öyrədilməsi;
Məhsulların düzgün istifadə qaydaları,
tətbiq ardıcıllığı və bir-biri ilə uyğunluğunun izah edilməsi;
Müxtəlif
dəri və saç ehtiyaclarına uyğun məhsul seçiminin öyrədilməsi;
Məhsulun
müştəriyə düzgün və peşəkar şəkildə təqdim olunması bacarığının inkişaf etdirilməsi;
Məhsulların üstünlüklərinin və fərqləndirici xüsusiyyətlərinin satış prosesində düzgün
çatdırılması;
Praktiki case-lər, rol oyunları və məhsul testlərinin
hazırlanması;
Yeni məhsullar və məhsul yenilikləri üzrə komandanın
məlumatlandırılması.
Tələb olunan bilik və bacarıqlar:
Beauty, kosmetika, dermatokosmetika, farmasiya, kimya və ya əlaqəli sahədə təhsil və
təcrübə;
Saç, üz, bədən qulluğu və kosmetik məhsullar haqqında geniş
bilik;
Təlimçi, Beauty Advisor, satış təlimçisi və ya məhsul eksperti
kimi iş təcrübəsi arzuolunandır;
Güclü təqdimat və kommunikasiya
bacarıqları;
Məlumatı sadə və anlaşılan şəkildə izah etmək
bacarığı;
Auditoriya qarşısında sərbəst çıxış etmək və interaktiv təlim
keçmək bacarığı;
Azərbaycan dilində səlis nitq; rus və ingilis dili
biliyi üstünlükdür.
Biz nə təklif edirik:
Peşəkar və dinamik iş mühiti;
Gözəllik
sektorunda inkişaf və karyera imkanları;
Müxtəlif brendlər və məhsul
kateqoriyaları ilə işləmək imkanı;
Təlimçi kimi öz metodologiyasını
tətbiq etmək və inkişaf etdirmək imkanı;
Əmək bazarına uyğun əmək haqqı
və motivasiya sistemi.
İş qrafiki:
Həftədə 6 iş günü
Bazar ertəsi–cümə:
10:00–18:00
Şənbə: 10:00–14:00
Bazar günü: istirahət günü
CV-ləriMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına və ya+994 55 202 99 49WhatsApp nömrəsinə göndərilə bilər.
Zəhmət olmasa, vakansiyanın saytınızda yerləşdirilməsi üçün dəstək
göstərəsiniz.
Həmçinin, standart paket üzrə yerləşdirmə seçimini etdiyimizi qeyd etmək istərdik. Zəhmət
olmasa, ödəniş qaydası və ödəniş üçün tələb olunan məlumatlar barədə bizi məlumatlandırasınız.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
