Vakansiya haqqında
Vəzifə
öhdəlikləri:
Anbara daxil olan malların qəbul, yükləmə, boşaltma və daşınması proseslərini
operativ şəkildə həyata keçirmək
Malların təyinat yerlərinə uyğun olaraq
anbar daxilində düzgün yerləşdirilməsini və səliqəli şəkildə yığılmasını təmin etmək
Anbardan sifarişlərə uyğun məhsulların seçilməsi, toplanması və göndəriş üçün hazırlanması
prosesində iştirak etmək
Məhsulların bağlanması və nəqliyyata təhvil
verilməsi üçün hazırlanmasını təmin etmək
Anbara daxil olan zədələnmiş və
ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək
Malların
qəbul və təhvil-təslim prosesində anbar əməkdaşlarına dəstək göstərmək
Anbar daxilində malların təhlükəsiz və səmərəli şəkildə daşınmasını təmin
etmək
Məhsulların sayımına və yerləşdirilməsinə dəstək
vermək
Məhsulların yüklənməsi və boşaldılması zamanı təhlükəsizlik
qaydalarına ciddi riayət etmək
Anbarın təmiz, səliqəli və nizamlı
saxlanılmasını təmin etmək, tullantıların vaxtında toplanmasına dəstək olmaq
İstifadə olunan əl arabaları, platformalar və digər iş avadanlıqlarından düzgün və təhlükəsiz
istifadə etmək
Əmək mühafizəsi, texniki təhlükəsizlik, sanitariya və
yanğın təhlükəsizliyi qaydalarına əməl etmək
Rəhbərlik tərəfindən verilən
gündəlik və operativ tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Komanda üzvləri ilə koordinasiyalı işləyərək anbar əməliyyatlarının fasiləsiz icrasına dəstək
olmaq
Namizədə
tələblər:
Anbar, logistika və ya oxşar sahədə təcrübə arzuolunandır
Çeviklik, operativlik və komanda ilə işləmək bacarığı
Vaxtın səmərəli idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətdə icra edilməsi
bacarığı
Anbar daxilində malların təhlükəsiz daşınması və saxlanılması
qaydalarına əməl etmək bacarığı
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi ( şənbə qısa iş günü)
İş saatı: 08:00-16:00
Əmək haqqı: 650 AZN
(nett)
İş yeri: TAİS - İKF MMC
Ünvan: Nərimanov rayonu
Maraqlanan namizədlər CV-lərini mövzu
hissəsində“Fəhlə”qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
