Vakansiya haqqında
Təsvir
HR büdcəsinin hazırlanması, icrasının izlənilməsi, plan-fakt təhlilinin aparılması
və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;
Əməkhaqqı fondu, işçi
sayı və digər HR xərcləri üzrə təhlil və proqnozların hazırlanması;
Aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması;
HR üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak, həmin
göstəricilərin hesablanması və mütəmadi monitorinqi;
İşə qəbul, işçi
sayı, əməkhaqqı və işçi axını (turnover) göstəricilərinin təhlili, əsas tendensiyaların və dəyişikliklərin
səbəblərinin müəyyən edilməsi;
Vəzifələrin dərəcələndirilməsi (grading)
sisteminin strukturunun və metodologiyasının hazırlanmasında, eləcə də tətbiqində iştirak;
Performansın idarə edilməsi sisteminin hazırlanmasına və tətbiqinə analitik dəstəyin
göstərilməsi, aidiyyəti tərəflərin zəruri məlumat və hesabatlarla təmin edilməsi;
Vəzifə yüksəlişi təkliflərinin toplanması və qiymətləndirilməsi, onların büdcəyə və əsas HR
göstəricilərinə təsirinin təhlili;
İdarə Heyəti və rəhbərliyin strateji
qərarlarını dəstəkləmək məqsədilə analitik hesabatların, təqdimatların, interaktiv dashboardların və əsaslandırılmış
təkliflərin hazırlanması;
HR proseslərinin effektivliyinin
qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə məlumatlara əsaslanan təkliflərin verilməsi;
HR layihələri və təşəbbüsləri üzrə maliyyə hesablamalarının aparılması, gözlənilən xərclərin
və büdcəyə təsirin qiymətləndirilməsi;
HR məlumatlarının düzgünlüyünün,
tamlığının və mənbələr üzrə uyğunluğunun yoxlanılması, hesabatlarda vahid hesablama metodologiyasının tətbiqinin
təmin edilməsi;
Məlumatların emalı və hesabatların hazırlanması
proseslərinin avtomatlaşdırılmasında iştirak.
Tələblər
İqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, insan resurslarının
idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
Analitika, maliyyə
planlaşdırılması, büdcə nəzarəti və ya HR analitikası sahəsində 1–3 il iş
təcrübəsi;
Excel üzrə yüksək səviyyədə bilik:
mürəkkəb formullar, pivot cədvəllər və Power Query ilə işləmə bacarığı;
SQL və Power BI üzrə praktiki bilik mütləqdir: Power BI-da məlumat
modellərinin və interaktiv hesabatların hazırlanması;
Böyük həcmli
məlumatları strukturlaşdırmaq, təhlil etmək və nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
Büdcələşdirmə, proqnozlaşdırma, plan-fakt təhlili və maliyyə göstəriciləri ilə işləmə
bacarığı;
HR göstəriciləri və KPI-ların hesablanması, şərhi və təhlili
prinsipləri barədə bilik;
Vəzifələrin dərəcələndirilməsi və performansın
idarə edilməsi sistemləri barədə bilik arzuolunandır;
Analitik nəticələri
biznes baxımından şərh etmək və əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
Hesabat və təqdimat hazırlamaq, nəticələri müxtəlif maraqlı tərəflərə aydın şəkildə çatdırmaq
bacarığı;
Azərbaycan dilini yüksək səviyyədə bilmək; rus və ingilis
dillərini bilmək arzuolunandır;
Güclü analitik düşüncə, detallara diqqət,
məsuliyyət və işə sistemli yanaşma;
Əməkdaşların şəxsi və əməkhaqqı
məlumatlarının məxfiliyinə riayət etmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
