Vakansiya haqqında
Dost Tədris Mərkəzi mühasibatlıq sahəsində karyera qurmaq istəyən
şəxslər üçün nəzərdə tutulan Mühasib Yetişdirmə Proqramı üzrə təcrübəli təlimçi axtarır.
Proqramın məqsədi iştirakçılara mühasibat uçotu, vergi uçotu və 1C proqramını praktiki
şəkildə öyrətmək, onları əmək bazarına və real iş mühitinə hazırlamaqdır.
Namizədə tələblər
Mühasibatlıq sahəsində minimum 5 il praktiki iş
təcrübəsi;
Minimum 6 ay təlimçilik və ya müəllimlik
təcrübəsi;
Mühasibat uçotu, vergi uçotu və 1C proqramı üzrə
nəzəri və praktiki biliklər;
Azərbaycan Respublikasının vergi və əmək
qanunvericiliyi üzrə biliklər;
Mühasibat əməliyyatları, ilkin sənədlər,
əməkhaqqı hesablamaları, vergi öhdəlikləri və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
Təlim proqramının və dərs materiallarının əvvəlcədən hazırlanmış olması;
Tədris materiallarını, praktiki tapşırıqları, keys və qiymətləndirmə vasitələrini hazırlamaq
bacarığı;
Mövzuları sadə, anlaşılan və sistemli şəkildə izah etmək
bacarığı;
Sıfırdan başlayan iştirakçılarla işləmək və onların praktiki
bacarıqlarını inkişaf etdirmək qabiliyyəti.
Əsas vəzifələr
Mühasibat uçotu, vergi uçotu və 1C üzrə təlimlərin keçirilməsi;
Real iş proseslərinə əsaslanan praktiki tapşırıqların və nümunələrin
tətbiqi;
İştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsi,
onların inkişafının izlənilməsi;
İştirakçıların mühasib köməkçisi və
kiçik mühasib vəzifələrində işləməyə hazırlanması.
İş qrafiki və əməkdaşlıq şərtləri
Təlimlər iş saatlarından sonra, saat 19:00-dan etibarən
keçiriləcək;
Dərslər üzrə qrafik və əməkdaşlıq şərtləri qarşılıqlı
razılaşma əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər
öz CV-lərini və ya dərs materialları haqqında qısa məlumatıMüraciət etdüyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
