Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı, Bayıl – Sabah Residence
Məşğulluq növü: Tam ştat
Əmək haqqı: Sabit aylıq əmək haqqı + satış bonusları
Hazırda satış komandamızı genişləndiririk və müştəri münasibətlərinin idarə olunması,
daşınmaz əmlak layihələrinin təqdimatı və satış hədəflərinin həyata keçirilməsinə cavabdeh olacaq Sales
Manager axtarırıq.
Vəzifə öhdəlikləri
Daxil olan potensial müştəri müraciətlərinin (lead) operativ şəkildə
cavablandırılması və idarə edilməsi;
Müştərilərin ehtiyaclarının
müəyyənləşdirilməsi və uyğun daşınmaz əmlak layihələrinin təqdim edilməsi;
Müştərilərlə görüşlərin təşkili, layihə təqdimatlarının və satış danışıqlarının
aparılması;
Potensial müştərilərlə müntəzəm əlaqənin saxlanılması və
satış prosesinin izlənilməsi;
Satış prosesinin ilkin müraciətdən
müqavilənin bağlanmasına qədər idarə edilməsi;
CRM sistemində müştəri
məlumatlarının və satış mərhələlərinin mütəmadi yenilənməsi;
Müəyyən
edilmiş satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi;
Komanda ilə koordinasiyalı şəkildə çalışaraq ümumi satış nəticələrinə töhfə
verilməsi.
Namizədə tələblər
Daşınmaz əmlak satışı sahəsində iş təcrübəsi;
Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (ingilis dili biliyi
üstünlükdür);
Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq
bacarığı;
Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun satış
həlləri təklif etmək bacarığı;
Potensial müştərilərlə effektiv işləmək və
satış prosesini uğurla yekunlaşdırmaq bacarığı;
Satış planları və KPI
göstəriciləri ilə işləməyə hazırlıq;
Məsuliyyətlilik, təşəbbüskarlıq və
komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
Sabit aylıq əmək haqqı və satış nəticələrinə əsaslanan bonus
sistemi;
Yüksək qazanc potensialı;
Peşəkar satış komandasında inkişaf imkanları;
Sistemləşdirilmiş satış prosesləri və CRM infrastrukturu;
Karyera yüksəlişi imkanları;
Dinamik və
nəticəyönümlü iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sales Manager” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
