Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar zamanı təhkim olunduğu əsas iş
sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli
şəkildə icra etmək;
Sensorların, transmitterlərin, ölçü cihazlarının və
digər elektron cihazların quraşdırılmasını, sazlanmasını, kalibrlənməsini və texniki xidmətini həyata
keçirmək;
Sənaye avtomatlaşdırma və idarəetmə sistemlərinin, və digər
elektron idarəetmə sistemlərinin işinə nəzarət etmək və nasazlıqların aradan qaldırılmasında iştirak
etmək;
Elektron avadanlıqlar arasında siqnal və kommunikasiya
kabellərinin çəkilməsini, qoşulmasını, markalanmasını və texniki vəziyyətinin yoxlanılmasını təmin
etmək;
Elektron və idarəetmə sistemlərində siqnalların, giriş-çıxışların
(I/O), rabitə xətlərinin və enerji təchizatının yoxlanılmasını həyata keçirmək;
Avadanlıqların texniki xidmət və təmiri zamanı tələb olunan ölçmə cihazlarının, xüsusi
alətlərin, ehtiyat hissələrinin və istehlak materiallarının mövcudluğunu təmin etmək və onların düzgün istifadəsinə
nəzarət etmək;
Elektron avadanlıqların və sistemlərin texniki
sənədlərini, elektrik və elektron sxemlərini, kabel cədvəllərini, avadanlıq pasportlarını və digər texniki sənədləri
oxumaq və onlardan istifadə etmək;
Aparılmış texniki xidmət, təmir, sınaq
və nasazlıqlar barədə müvafiq texniki hesabatları və iş qeydlərini hazırlamaq və təqdim etmək;
Elektron avadanlıqlar üzərində profilaktik texniki xidmət və planlı baxış işlərini həyata
keçirmək, aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək;
Elektron avadanlıqlar üzərində işə başlamazdan əvvəl müvafiq enerji təcridetmə (LOTO), iş
icazəsi (Permit to Work) və digər təhlükəsizlik prosedurlarının tətbiq edilməsini təmin etmək;
Partlayış təhlükəli zonalarda (Ex Zone) işləyərkən müvafiq partlayışdan mühafizə tələblərinə
və təsdiq edilmiş prosedurlara riayət etmək;
Rəhbər tərəfindən tapşırılan
digər işləri vəzifə təlimatına, daxili prosedurlara və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə
yetirmək.İşə başlamazdan əvvəl iş yerini, alətləri, avadanlıqları və fərdi mühafizə vasitələrini
yoxlamaq;
Təmir və texniki xidmət işlərini təhlükəsizlik
qaydalarına uyğun yerinə yetirmək;
İş başa çatdıqdan sonra iş
sahəsini təmizləmək, alət və avadanlıqları müəyyən edilmiş qaydada yerləşdirmək;
Namizədə tələblər
Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas
üstünlükdür);
Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il
iş təcrübəsi;
Qazma qurğuları və mexaniki avadanlıqların
texniki xidməti və təmiri üzrə praktiki biliklər;
Mexaniki
alətlərdən və ölçü cihazlarından istifadə bacarığı;
SƏTƏM
standartları və təhlükəsizlik qaydaları üzrə biliklər;
Komandada
işləmək, məsuliyyətli və intizamlı olmaq;
Fiziki iş şəraitində və
növbəli iş rejimində işləmək imkanı.
Qeyd - Yalnız qazma qurğuları üzrə təcrübəsi olanlar müraciət etsin
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
